Ağır cinayət törədən yeniyetmələr - Təhlükə haradan başlayır?

Azərbaycanda azyaşlı və yeniyetmələrin törətdiyi ağır cinayətlərlə bağlı xəbərlər son vaxtlar diqqət çəkir. Bir neçə gün əvvəl Şəmkirdə 16 yaşlı qızın bacısını qətlə yetirməsi iddiası ilə yayılan məlumat da cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. Belə hadisələr baş verdikcə, bu yaşda olan uşaqları ağır əməllərə aparan səbəblərlə bağlı məsələ yenidən aktuallaşır. 

Psixoloji amillər bu prosesdə hansı rolu oynayır? Valideynlər və müəllimlər belə riskləri əvvəlcədən necə müəyyən edə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Vüsalə Əmiraslanova bildirir ki, bu kimi uşaqlar hüquqi cinayət məsuliyyətindən xəbərdar deyillər:

“Ölkədə yeniyetmələr arasında cinayət hadisələrinin artdığını müşahidə edirik və psixoloq olaraq bizi də bu məsələlər çox narahat edir. Araşdırmalar nəticəsində məlum olur ki, bu uşaqların əksəriyyəti oyunlara aludə olur, nəzarətsiz qalır, özünə qapanır, depressiyada olur və ya tez yönləndirilə bilən xarakter tipinə malik olurlar. Bəziləri isə ailədə şiddət, bullinq və döyülmə ilə qarşılaşdığı üçün bu davranışları öz həyatında tətbiq etməyə çalışır.

Əvvəlcə uşağın nə ilə maraqlandığına baxmalıyıq. Çünki bu dövrdə yeniyetmələr tez böyümək və azad olmaq istəyirlər. Bəziləri özlərini yaşlarından böyük hesab edir, bəziləri isə ümumiyyətlə aqressiv və özünə qapanıq olur, beyinlərində müəyyən planlar qururlar.

Öz araşdırmalarımda da görürəm ki, bir çoxu 18 yaşına çatana qədər müəyyən cinayətlər törətsələr belə, onlara ciddi cəza tətbiq olunmayacağını düşünürlər. Bu cür fikirlər yeniyetmələr arasında kifayət qədər eşidilir”.

V.Əmiraslanova yeniyetmələrin cinayət hadisələrində iştirak etməsinin bir səbəbi kimi onlara qarşı olan nəzarətsizliyi də görür.

Onun sözlərinə görə, hər tərəfdən nəzarətsiz qalmış uşaqlar bəzən ciddiyə alınmır. Onların baxdığı filmlərə, oynadığı oyunlara və dedikləri sözlərə lazımi diqqət yetirilmir. Mütəxəssis hesab edir ki, nəzarətsizlik və uşağın şəxsiyyətinə göstərilən laqeydlik də aqressiyanın artmasına və gələcəkdə cinayət törətməsi üçün zəmin yaradır.

“Ümumiyyətlə, valideynlər, müəllimlər və məktəb psixoloqları bu məsələyə çox ciddi yanaşmalıdırlar. Uşağın dediyi hər söz düzgün analiz edilməli, davranışları diqqətlə müşahidə olunmalıdır. Məktəb psixoloqlarının sayı artırılmalı, onlar uşaqlar haqqında düzgün qeydlər aparmalıdırlar. Müəllimlərin də öz qeyd kitabçaları olmalıdır.

Davranış problemləri müşahidə edilən kimi məktəb psixoloqlarına məlumat verilməlidir ki, bu problemlər vaxtında həll olunsun. Davranışlarda özbaşınalıq, vecsizlik, aqressiya və başqalarına qarşı şiddət meyli gələcəkdə potensial cinayətə yol aça bilər. Bununla yanaşı, uşağın psixi durumu da çox vacibdir. Kiçik yaşlarından psixi vəziyyətdə hər hansı dəyişiklik varsa, valideyn bunu vaxtında görməlidir”- o vurğulayır.

Psixoloqun sözlərinə görə, uşaq tez-tez özünə qapanırsa, aqressiv davranırsa, ünsiyyətdən və ümumiyyətlə insanlardan qaçırsa, bunlara diqqət yetirilməlidir. Həmçinin çəkdiyi şəkillər, dərsə davamiyyəti və dərs zamanı davranışı da çox vacib göstəricilərdir.

Onun fikrincə, uşaqların psixoloji dəstəyə çıxışı hələ də lazımi səviyyədə deyil: 

“Məktəblərdə psixoloji xidmət baxımından vəziyyət zəifdir. Hər min şagirdə bir psixoloq düşür və bu, əlbəttə ki, çox azdır. İndiki dövrdə məktəbdə ən azı 4-5 psixoloq olmalı, onların da mütəmadi konsultasiyaları və müzakirələri keçirilməlidir. Bu olarsa, daha yaxşı nəticələr əldə etmək mümkün olar”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO