AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzaladı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. 

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.

AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:

• Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması.

• Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi.

• Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi.

• Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.

“Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib. NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb:

“Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir.

Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm.” Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun daha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi və hava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturun yaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə və aviaşirkətlərə gecikmələrin azaldılması, uçuşların təhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsi daxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıl texnologiyaların tətbiqinə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Oktay Kaynarca Fahriye Evceni seçdi

Oktay Kaynarca Fahriye Evceni seçdi

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Bakıda maşının altına uzanan piyada saxlanıldı– VİDEO

Bakıda maşının altına uzanan piyada saxlanıldı– VİDEO

Dünya çempionatı: Azərbaycan idmançısı FİNALDA

Dünya çempionatı: Azərbaycan idmançısı FİNALDA

Nanə efirə qayıdır

Nanə efirə qayıdır

Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

Qəbul imtahanında 17 nəfər maksimal bal TOPLADI

Qəbul imtahanında 17 nəfər maksimal bal TOPLADI

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Moskvada güclü dolu avtomobillərin şüşələrini sındırdı – FOTO/VİDEO

Moskvada güclü dolu avtomobillərin şüşələrini sındırdı – FOTO/VİDEO

Bakıda beşmərtəbəli binanın üzərinə aşan iri ağac budağı kəsilərək götürüldü – VİDEO

Bakıda beşmərtəbəli binanın üzərinə aşan iri ağac budağı kəsilərək götürüldü – VİDEO

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti - FOTO

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti - FOTO

Futbol qaydalarında inqilabi yeniliklər: UEFA 5 və 10 saniyəlik limitləri dəstəklədi

Futbol qaydalarında inqilabi yeniliklər: UEFA 5 və 10 saniyəlik limitləri dəstəklədi

Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

Ağır cinayət törədən yeniyetmələr - Təhlükə haradan başlayır?

Ağır cinayət törədən yeniyetmələr - Təhlükə haradan başlayır?

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

Polşadan Putinin Ukraynanın bölünməsi ilə bağlı sözlərinə REAKSİYA

Polşadan Putinin Ukraynanın bölünməsi ilə bağlı sözlərinə REAKSİYA

End of content

No more pages to load

RADİO