“İnteraz”ın rəhbərinin məhkəməsində xaricdən gələn pulla bağlı türkiyəli şahid ifadə verdi

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsində xaricdən gələn pul vəsaitləri ilə bağlı türkiyəli şahid ifadə verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.
 

Məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə Respublikası vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib.


O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə hissə-hissə verdiyini bildirib.

Dövlət ittihamçısının "əgər, həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi?" sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.

Növbəti məhkəmə prosesi digər şahidlərin də dindirilməsi üçün dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov xaricdə dini təhsil alıb, İnterAz və SalamNews informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Bakıda sürücüyə 2 illik qadağa qoyuldu – saxlanıldı

Bakıda sürücüyə 2 illik qadağa qoyuldu – saxlanıldı

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi -  VİDEO

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi - VİDEO

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

Pentaqondan Londona hərbi xərclərlə bağlı təzyiq

Pentaqondan Londona hərbi xərclərlə bağlı təzyiq

O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil

O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil

Xocalıda çadır toyu – FOTO

Xocalıda çadır toyu – FOTO

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Türkiyə gəmisinin vurulmasına görə Ukrayna səfiri XİN-ə çağırılıb

Türkiyə gəmisinin vurulmasına görə Ukrayna səfiri XİN-ə çağırılıb

1648-ci gün: Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

1648-ci gün: Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu

Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu

Paşinyan Ərdoğanla görüşəcək

Paşinyan Ərdoğanla görüşəcək

İdarə rəisi işdən azad edildi - FOTO

İdarə rəisi işdən azad edildi - FOTO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı

Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı

Uşaq teatrlarına maraq azalır - Məktəblər nə etməlidir?

Uşaq teatrlarına maraq azalır - Məktəblər nə etməlidir?

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

İllərdir yaşanan küsülülük bitdi - Foto

İllərdir yaşanan küsülülük bitdi - Foto

Goranboyda yol qəzası - Yaralılar var

Goranboyda yol qəzası - Yaralılar var

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

End of content

No more pages to load

RADİO