“Regionda Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Ermənistanla sülh gündəliyi Azərbaycanın səyləri nəticəsində addım-addım irəliyə aparılır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr işğaldan sonra bərpa və quruculuq işlərinin sürətlə aparıldığını bildirib:
“Bu gün bərpa və quruculuq işləri daha geniş hal alıb, məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdır”.
Günay Şahmar, Bizim.Media