Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycan bazarında iyul ayı üzrə süni intellekt çat-botlarının bazar payına dair məlumatlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, "Global Stats" Statistika Mərkəzinin hesablamalarına görə, 2026-cı ilin iyul ayında Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 87,39 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.

Eyni zamanda, ölkədə "Google Gemini"dən istifadə əvvəlki ayla müqayisədə 4,06 faiz bəndi artaraq 8,54 faizə çatıb.

Məlumata əsasən, iyul ayında Azərbaycan bazarında "Perplexity"nin payı 2,44 faiz, "Claude"un payı 1,1 faiz, "Microsoft Copilot"un payı isə 0,53 faiz olub.

Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub saxlayaraq ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayıb.
 

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın Elmə və Təhsil nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "OpenAİ" şirkəti ilə Anlaşma memorandumu imzalayıb. Memorandum 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.


Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.

Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək.

Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.

İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq formalaşdırılır.

“OpenAI” ilə əməkdaşlıq süni intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uzlaşır. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

End of content

No more pages to load

RADİO