Braziliyanın Mato-Qrosu ştatında bir sürü kapibara qanunverici orqanın binasına daxil olaraq səsverməyə hazırlaşan parlamentarilərə qoşulub
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Ştatın paytaxtı Kuyaba şəhərində kapibaralar parlament binasına əsas girişdən daxil olaraq gözlənilməz bir ziyarət reallaşdırıblar. Ehtimal edilir ki, heyvanlar yaxınlıqdakı parkdan çıxaraq yeni əraziləri kəşf etmək qərarına gəliblər.
Parlamentin əməkdaşı Nayara Bueno baş verən hadisəni videoya çəkib və heyvanları yenidən təbiətə qaytarmağa çalışıb. Onun sözlərinə görə, bu cür ziyarətlər artıq işçi heyəti üçün adi hala çevrilib.
Bizim.Media