Rövşən Nəcəf: "Millimizin FIFA reytinqində 113-cü yerdə olması heç birimizi qane etmir"

Xəbər verdiyimiz kimi, Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib. 

Bizim.Media xəbər verir ki, o, Hesabat-Seçki Konfransı zamanı çıxış edib. Rövşən Nəcəf futbolda irəlliləmək üçün böyük imkanların olduğunu bildirib:

"Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında uğurlu nəticələr göstərir. Ölkə prezidentinin siyasəti nəticəsində idmanda uğurlarımız var. Futbolda da irəliləmək üçün böyük imkanlar mövcuddur. 

Birlikdə çalışmalıyıq. Futbol meydandan kənarda da oynanılır. AFFA, federasiyalar, media, sponsorlar, hamımı əl-ələ verib, Azərbaycan futbolunu daha da yüksəklərə qaldırmalıyıq. Öncə hədəflərimizi müəyyənləşdirməliyik. Qısa müddətdə yeni strategiya hazırlayacağıq. Strategiya ilə hədəflərə çatacağımıza inanıram.

Uşaq futbolunun inkişafına böyük diqqət göstərməliyik. Gənc istedadları müəyyənləşdirib, onların millidə uğurlu çıxışlarına töhvə verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlaşmasına nail olmalıyıq. Avrokuboklarda gördüyümüz azarkeş sayını çempionatımızda da görmək istəyirik. Azarkeşlərlə, sponsorlarla, teleyayım şirkətləri ilə işləyərək buna nail ola bilərik.

Teleyayım keyfiyyətinin inkişafının artırılmasını önəmli hesab edirik.

Qadın futbolunun inkişafını daha da artıracağıq. Uğurlu çıxışların davamlı olması üçün onlara hər bir şəraiti yaradacağıq. 

Ölkəmizdə futbola maraq böyükdür. Amma bu marağı stadiona gələn azarkeşlərin sayında görmək istəyərdik. Bir günün işi deyil. Zəhmət, zaman tələb edir. Hamımızın fəxr və qürurla qeyd etdiyimiz klub futbolunda uğurlarımız zaman və səbrdən irəli gəlir. Millimizin FIFA reytinqində 113-cü yerdə olması heç birimizi qane etmir. Ümid edirik ki, bütün qurumlarla çalışaraq hədəflərə nail olacağıq. Etimada görə təşəkkür edirəm".

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lyayen: "Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm"

Lyayen: "Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm"

Muzey direktoru Beynəlxalq mükafata layiq görüldü - FOTO

Muzey direktoru Beynəlxalq mükafata layiq görüldü - FOTO

Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

“Şəfa” rumıniyalı futbolçu transfer etdi

“Şəfa” rumıniyalı futbolçu transfer etdi

Ursula fon der Lyayen: “Məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”

Ursula fon der Lyayen: “Məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”

Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR

Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR

İlham Əliyev: “Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

İlham Əliyev: “Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

“Fənərbağça” Tovuza nə vaxt gələcək?

“Fənərbağça” Tovuza nə vaxt gələcək?

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Bir işarəsi ilə bütün komandanı susdurdu! – VİDEO

Bir işarəsi ilə bütün komandanı susdurdu! – VİDEO

Prezident Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdü - FOTO

Prezident Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdü - FOTO

İranda matəm ELAN EDİLDİ

İranda matəm ELAN EDİLDİ

Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi

Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi

Azərbaycan və Bolqarıstan hərbi polisləri birgə təlimlərə hazırlaşır - FOTO

Azərbaycan və Bolqarıstan hərbi polisləri birgə təlimlərə hazırlaşır - FOTO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO