Xəzəri üzüb Azərbaycana keçmişdi: 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – FOTO

57 yaşlı britaniyalı səyyah Karl Buşbi 28 il davam edən dünya səyahətinin əsas hissəsini başa vuraraq Böyük Britaniyaya qayıdıb.

Bizim.Media xəbər verir ki, keçmiş desantçı olan Buşbi oktyabrın 5-də Fransadan La-Manş boğazını üzərək Doverdəki Şekspir çimərliyinə çatıb.

Üç gün davam edən keçiddə ümumilikdə 20 saat üzən səyyah Böyük Britaniya sahilinə çatdıqdan sonra ailə üzvləri tərəfindən qarşılanıb.

“İllər sonra ayağımın altında Böyük Britaniya torpağını hiss etmək xoşdur. Asan olmayıb, amma məsələnin mahiyyəti də elə bundadır – özümə verdiyim qiymətdən daha çoxuna qadir olduğumu sübut etmək”, - Buşbi deyib.

Buşbi 1998-ci ilin noyabrında Çilidən yola çıxaraq dünya ətrafında piyada səyahətinə başlayıb. Onun qarşısında iki əsas qayda olub: irəliləmək üçün nəqliyyatdan istifadə etməmək və səyahət başa çatana qədər evə qayıtmamaq.

Səyyah indiyədək 29 ölkədən keçib və 50 min kilometrdən çox məsafə qət edib. O, Cənubi Amerikanı və Şimali Amerikanı piyada keçib, daha sonra Berinq boğazını həm piyada, həm də üzərək adlayıb.

2006-cı ildə fransız-amerikalı səyyah Dimitri Kieffer ona qoşulub. İkili Alyaska ilə Rusiya arasındakı dəniz buzunu keçib. Buşbinin məlumatına görə, bu, tarixdə qeydə alınmış ilk belə keçid olub.

Səyahətin Asiya mərhələsində Buşbi Qazaxıstanı piyada keçdikdən sonra daha bir qeyri-adi addım atıb. 2024-cü il sentyabrın 17-də Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçib.

Buşbinin bu keçidi onun dünya səyahətinin ən çətin mərhələlərindən biri olub. O, Xəzəri keçərək, Azərbaycan sahilinə çatıb və daha sonra quru yolu ilə səyahətini davam etdirib.

Səyyahın Asiya marşrutu boyunca qarşılaşdığı digər maneələr arasında COVID-19 pandemiyası zamanı sərhədlərin bağlanması, Çindəki müşahidə sistemi, ekstremal hava şəraiti və çətin relyef də olub.

Buşbi 2025-ci ildə Avropaya çatıb və daha sonra La-Manş boğazına qədər irəliləyib. La-Manş tunelindən piyada keçməsinə icazə verilmədikdən sonra boğazı üzərək keçmək üçün Fransa və Böyük Britaniya rəsmiləri ilə əməkdaşlıq edib.

Nəticədə oktyabrın 5-də Fransadan yola çıxaraq Doverdəki Şekspir çimərliyinə çatıb və 28 il əvvəl başladığı dünya səyahətinin Böyük Britaniya mərhələsinə qədəm qoyub.

Səyyahın qarşısında indi son məsafə qalıb. O, noyabrın əvvəlinə qədər doğma şəhəri Hall şəhərindəki evinə çatmağı planlaşdırır.

“Hamımız təsəvvür edə biləcəyimizdən daha çoxuna nail ola bilərik”, - Buşbi bildirib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşdü

Məzuniyyətlə bağlı YENİ QAYDA

Məzuniyyətlə bağlı YENİ QAYDA

Azərbaycanda bu məhsul 100 faiz bahalaşdı – Səbəbi AÇIQLANDI

Azərbaycanda bu məhsul 100 faiz bahalaşdı – Səbəbi AÇIQLANDI

Xəzəri üzüb Azərbaycana keçmişdi: 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – FOTO

Xəzəri üzüb Azərbaycana keçmişdi: 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – FOTO

Bakıda ev almaq, yoxsa torpaq alıb tikmək daha sərfəlidir?

Bakıda ev almaq, yoxsa torpaq alıb tikmək daha sərfəlidir?

İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Xankəndi Ultramarafonuna start verilir - FOTO

Xankəndi Ultramarafonuna start verilir - FOTO

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Versaçe yeni brend YARADIR

Versaçe yeni brend YARADIR

End of content

No more pages to load

RADİO