İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binada səhər tezdən çökmə baş verib. Binanın ilk 3 mərtəbəsi çöküb, lakin tikili tamamilə dağılmayıb.
Bizim.Media xəbər verir ki, çökmə səbəbindən binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Tikilinin tamamilə çökməsi ehtimalına qarşı ərazidə tədbirlər gücləndirilib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, AFAD, UMKE, polis və səhiyyə qrupları göndərilib. Binanın çökmə baş verməyən yuxarı mərtəbələrində qalan şəxslər hadisə yerindəki qruplar tərəfindən təxliyə edilib, dağıntılarda axtarış-xilasetmə işlərinə başlanılıb.
NTV-nin canlı yayımında yayımlanan görüntülərdə binanın dağılmadan əvvəlki vəziyyəti də əks olunub.





Bizim.Media