Azərbaycanda bu məhsul 100 faiz bahalaşdı – Səbəbi AÇIQLANDI

Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Paytaxt və bölgə bazarlarında əvvəl 20–30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə qədər yüksəlib. Satıcılar bahalaşmanın xüsusilə son bir ayda artdığını bildirirlər.

Kənd yumurtasının qiymətinin 40 qəpiyə yüksəlməsinin səbəbləri nələrdir? Qarşıdakı soyuq aylarda qiymətlərdə daha ciddi artım gözlənilirmi?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, belə kəskin qiymət dəyişikliyi zamanı ilk növbədə istehsalın xərc strukturuna baxmaq lazımdır:

“Yem, logistika, enerji, baytarlıq xidmətləri və digər istehsal xərclərinin hansı həcmdə artdığı ayrıca təhlil olunmalıdır. Çünki istehsal xərclərinin artımı ilə pərakəndə satış qiymətinin artımı arasında birbaşa və eyni nisbətli əlaqənin olması şərt deyil. Kənd yumurtasının maya dəyərində ən böyük paylardan birini yem xərcləri təşkil edir. 

Qarğıdalı, buğda, arpa və digər yem komponentlərinin qiyməti artdıqda bu, birbaşa quşçuluğun xərc strukturuna təsir göstərir. Vitaminlər, baytarlıq xidmətləri, daşınma və digər xərclər də maya dəyərini formalaşdırır. Qarşıdakı soyuq aylarda əlavə enerji və işıqlandırma xərclərinin yaranması, eyni zamanda toyuqların yumurtavermə məhsuldarlığının mövsümi olaraq azalması təklifə təsir göstərə bilər. Bu amillərin hər biri qiymətə müəyyən təzyiq yaradır”.

İqtisadçı bildirib ki, qiymət artımının miqyasını müəyyən edən əsas məsələ yalnız xərclərin artması deyil:

“Burada istehsalçı, topdansatışçı və pərakəndə satıcının marjası da nəzərə alınmalıdır. Əgər istehsal xərcində 10-15 faizlik artım baş verirsə, pərakəndə qiymətin 50-100 faiz yüksəlməsi əlavə araşdırma tələb edir. Bu halda qiymət zəncirinin bütün mərhələlərində formalaşan marjanın və qiymət artımının mənbəyinin öyrənilməsi vacibdir”.

A.İbrahimovun sözlərinə görə, qarşıdakı soyuq aylarda yumurtanın qiymətində əlavə artım riski mövcuddur:

“Xüsusilə yem və enerji xərclərinin yüksəlməsi, istehsalın azalması və bazara daxil olan məhsulun həcminin aşağı düşməsi qiymət təzyiqini gücləndirə bilər. Lakin qiymətin hansı səviyyəyə çatacağını indidən söyləmək üçün bazarda təklif və tələb dinamikasını, istehsal xərclərini və satış marjalarını birlikdə qiymətləndirmək lazımdır. Təklif kifayət qədər qorunarsa, qiymət artımının miqyası da məhdud qala bilər. Bu prosesin digər yumurta məhsullarına da təsir göstərməsi mümkündür”.

İqtisadçı deyib ki, burada əsas məsələ qiymətin niyə artdığının şəffaf şəkildə ortaya qoyulmasıdır:

“İstehlakçıya sadəcə “yem bahalaşıb” və ya “qış gəlir” izahı verilməsi kifayət etmir. İstehsal xərcinin əvvəlki dövrlə müqayisədə nə qədər dəyişdiyi, məhsulun maya dəyərinin hansı həcmdə yüksəldiyi, topdansatış və pərakəndə mərhələlərində hansı marjanın formalaşdığı araşdırılmalıdır. 

Yumurta gündəlik istehlak olunan əsas ərzaq məhsullarındandır və onun qiymətindəki artım ailələrin gündəlik xərclərinə birbaşa təsir edir. Buna görə belə məhsullarda qiymət artımı yalnız bazar xəbəri kimi qəbul edilməməlidir. İstehlakçı üçün əsas məsələ məhsulun niyə bahalaşdığını bilməkdir. Bazar üçün isə əsas məsələ qiymətin real iqtisadi amillər əsasında formalaşmasını təmin etməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Tovuzda azyaşlını “tok” vurdu

Tovuzda azyaşlını “tok” vurdu

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - VİDEO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşdü

Məzuniyyətlə bağlı YENİ QAYDA

Məzuniyyətlə bağlı YENİ QAYDA

End of content

No more pages to load

RADİO