Yeni araşdırmalara görə, hər gün az miqdarda dondurma istehlak edən insanlarda diabet və bəzi ürək-damar xəstəliklərinin daha az qeydə alındığı müəyyən edilib.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri ilə bağlı “The Guardian” yazıb.
Məlumata görə, alimlər araşdırma iştirakçılarının sağlamlıq göstəricilərini təhlil edərək süd məhsullarının bu mümkün təsirinin fizioloji mexanizmlərini araşdırıblar.
Nəticələrə əsasən, hər gün təxminən yarım stəkan dondurma yeyən insanlarda şəkərli diabet, ürək-damar və digər metabolik xəstəliklərin inkişafı daha az müşahidə olunub.
Tədqiqatçılar mümkün səbəblərdən birinin süd məhsullarının tərkibindəki zərdab zülalı olduğunu düşünürlər. Bu zülalın qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək etdiyi ehtimal edilir.
Bununla belə, araşdırma dondurma yeməyin birbaşa diabetdən qoruduğunu sübut etmir. Nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Bizim.Media