Türkiyə ABŞ-nin “Starlink” sisteminə alternativ olacaq milli peyk rabitə sistemi üzərində işləyir.
Bizim.Media xəbər verir ki, “Astralink” adlanan layihə çərçivəsində 198 aşağı orbitli peykdən ibarət sistemin yaradılması nəzərdə tutulur.
Türkiyənin “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol bildirib ki, ilk peykin iki il ərzində orbitə buraxılması planlaşdırılır.
Onun sözlərinə görə, sistem Türkiyənin öz texnologiyaları əsasında fəaliyyət göstərəcək və ölkə ilə yanaşı, dost dövlətlərin də dayanıqlı rabitə ilə təmin olunmasına imkan verəcək.

Bizim.Media