Bakıda ev almaq, yoxsa torpaq alıb tikmək daha sərfəlidir?

2026-cı ildə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17 faiz artıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) daşınmaz əmlak bazarında apardığı araşdırmaya görə, torpaq sahələri paytaxtda qiymətlərin ən çox yüksəldiyi əmlak kateqoriyası olub. Ən yüksək artım Səbail rayonunda qeydə alınıb. Bu rayonda torpaq sahələrinin qiyməti 28,6 faiz yüksəlib.
 

Yasamalda artım 25,6 faiz, Nəsimidə 23,1 faiz, Nizamidə isə 21,1 faiz təşkil edib. Xəzər rayonunda torpaq sahələri 19,1 faiz, Nərimanovda 18,6 faiz, Xətaidə 15,6 faiz bahalaşıb. Binəqədidə qiymətlər 14,1 faiz, Sabunçuda 11,6 faiz, Suraxanıda isə 10,6 faiz artıb. Ən aşağı bahalaşma Pirallahı və Qaradağ rayonlarında müşahidə olunub. Bu rayonlarda qiymətlər müvafiq olaraq 8,1 və 7,6 faiz yüksəlib.


Bu artım fonunda paytaxtda mənzil almaqla torpaq sahəsi əldə edib fərdi ev tikmək arasında seçim də aktuallaşır. Artan tikinti xərcləri, torpaq sahələrinə tələbin yüksəlməsi və mənzil bazarındakı qiymətlər alıcıların qarşısında fərqli seçimlər yaradır.

Bəs hazırda Bakıda ev almaq daha sərfəlidir, yoxsa torpaq alaraq ev tikmək?

Mövzunu Bizim.Media-ya şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə hazırda həm torpaq, həm də mənzil almağın çətinləşdiyini deyib.

Onun sözlərinə görə, orta gəlirə malik olan şəxslərin də ev almağı tədricən çətinləşir:

“Buna səbəb təklifin yüksək olmasıdır və bunu da şərtləndirən bir sıra amillər var. Tək yerli amillər deyil, həm də xarici amillər öz rolunu oynayır. Ölkəmizdəki stabillik, iqtisadiyyatda inkişaf ətraf ölkələrdən Azərbaycandakı daşınmaz əmlak bazarına marağı artırır. Nəinki Rusiya, Ukrayna, qonşu ölkələr, həmçinin ərəb ölkələrindən, hətta Avropa ölkələrindən də Azərbaycanda daşınmaz əmlak bazarına maraq göstərənlər var.
 

Vətəndaşlar daşınmaz əmlak bazarına yatırım etdikcə, yəni tələbin artması təklifin isə hələ də mövcud tələbə cavab verməməsi qiymətl artımına səbəb olur. Amillərdən biri isə daşınmaz əmlakın yatırım kimi hələ də cəlbedici olmasıdır. Vətəndaşlar ən etibarlı yatırım vasitələrindən biri kimi daşınmaz əmlaka etibar edirlər. Çünki həm qiymətin artması, kapitallaşması nəticəsində gəlirin əldə edilməsi, həm də diskontlaşmayla, yəni kirayə verib oradan gəlir əldə etməklə, daşınmaz əmlaka hələ də marağı yüksək olaraq saxlayır.


Təbii ki, daşınmaz əmlakın qiymətinin yüksək olması da gündən günə qiymətlərin artmasına da səbəb olur. Təxminən ilin əvvəli ilə müqayisədə daşınmaz əmlak bazarında, xüsusilə də mənzillərin qiymətində 30 faizə qədər artım müşahidə olunub. Ən çox qiymət artımı köhnə tikili (Leninqrad və Kirov lahiyəli) mənzillərdə qeydə alınıb. Bundan başqa isə 100 kvadrat metrə qədər, yəni təxminən qiyməti 200 minə qədər olan yeni tikililərdə də bu özünü nəzərə çarpacaq dərəcədə göstərir”.

Ekspert hesab edir ki, torpağın da qiymətinin qalxması təbiidir:

“Torpaq aldıqca təklif bazardan çıxır. Təklifin bazardan çıxması, tələbin isə hələ də yüksək olması qiymətlərə təsirsiz ötüşmür. Bu gün yeni tikili inşa etmək niyyətində olan şirkətlər şəhərdə demək olar ki, bir hektar torpaq sahəsi tapa bilmirlər. Halbuki əvvəlki illərdə hər ay bazarda ən azı 4-5 belə təklif olardı. Bu gün isə o təkliflər demək olar ki, mövcud deyil. Bu da tikinti şirkətlərini kənarlara, yəni şəhərin kənar ərazilərini üz tutmağa məcbur edir.
 

Bu gün Səbaildə, Nərimanovda, Nəsimidə torpaq sahəsi tapmaq mümkün deyil. Tikinti şirkətləri məcburən Yasamal, Xətai, Sabunçu rayonuna üz tutmalı olurlar. Tələb yüksəkdir, yəni tikilən evlər dərhal satılır. Hətta tikilməkdə olan binalarda belə mənzillərin satışı bitir. Bu onu göstəriri ki, tələbat yüksəkdir, təklif isə o tələbatı ödəmir.


Bu səbəbdən də qiymətlər durmadan artır. Yaxın gələcəkdə qiymətlərin bir qədər də artacağı gözlənilir. Əgər 4-5 il öncə orta qiymət 1500 manat ətrafında idisə, artıq orta qiymət 3000 manata yaxınlaşıb. Bu da son beş ildə qiymətin iki dəfə artması deməkdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşdü

Məzuniyyətlə bağlı YENİ QAYDA

Məzuniyyətlə bağlı YENİ QAYDA

Azərbaycanda bu məhsul 100 faiz bahalaşdı – Səbəbi AÇIQLANDI

Azərbaycanda bu məhsul 100 faiz bahalaşdı – Səbəbi AÇIQLANDI

Xəzəri üzüb Azərbaycana keçmişdi: 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – FOTO

Xəzəri üzüb Azərbaycana keçmişdi: 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – FOTO

Bakıda ev almaq, yoxsa torpaq alıb tikmək daha sərfəlidir?

Bakıda ev almaq, yoxsa torpaq alıb tikmək daha sərfəlidir?

İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Xankəndi Ultramarafonuna start verilir - FOTO

Xankəndi Ultramarafonuna start verilir - FOTO

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Versaçe yeni brend YARADIR

Versaçe yeni brend YARADIR

End of content

No more pages to load

RADİO