“AccessBank” vətəndaşları “soyur” - Xarici bankın Azərbaycan macəraları…

Bu günlərdə “AccessBank”-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib ki, Azərbaycanda bankların xərcləri çox yüksək olması kreditlərin faizinə təsir edir. Yəni Davitin məntiqinə görə, bankların saxlanılması, işləməsi və s. çox pul tələb etdiyi üçün yüksək faizlə kredit verirlər və bu məntiqə görə əziyyət çəkən sadə vətəndaş olur. Halbuki, Azərbaycanda bir çox bankların yüksək faizi dəfələrlə tənqid olunub, çünki bunlar faiz yox, millətin “belini qırmaq” kimi bir şeydir.

Bizim.Media xəbər verir ki, demokrat.az mövzu ilə bağlı yazı hazırlayıb: 

Atalar misalı var: “Toxun acdan nə xəbəri”. Davit Tsiklaurinin də vətəndaşlardan xəbəri yoxdur. Amma niyə olsun ki? Adam Azərbaycan vətəndaşı deyil, Gürcüstanda bank sektorunda yüksək vəzifələrdə çalışıb, Azərbaycana da yüksək vəzifəyə transfer olunub. Müştərilərə - vətəndaşlara da yalnız pul gözü ilə baxır. 

Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi “AccessBank” ölkədə adı qalmaqallı hadisələrdə çəkilən əsas banklardan biridir.

Mediada dövrü olaraq yayılan məlumatlara nəzər yetirmək bunu anlamağa imkan verir. Bu bankın vətəndaşlara göstərdiyi xidmətlə yox, vətəndaşa zülm etməsi ilə tanınması da real faktlara əsaslanır.

Misal üçün, “AccessBank” Qarabağ qazisini çıxılmaz vəziyyətə salan bankdır. Bir müddət öncə müharibədə ayağının birini itirən, digər ayağında isə çürümə baş verən qazi Vəli Dünyamalıyevi bu bankın ac qoyduğu şəxslərdəndir.

“AccessBank” həm də istənilən müştərinin “belinə” istədiyi qədər faiz yükləyən bank kimi ad çıxarıb. Esmira Hidayətova adlı müştəri də onlardan biridir. Bu müştəri 2015-ci ildə bankdan kredit götürüb və vaxtından əvvəl ödəyib də.

Hətta borcunun olmadığına dair arayış da verilib, lakin bir müddət sonra bank ona əlavə faizlərlə birlikdə borcunun yığıldığı haqda bildiriş göndərib. Bank müştəriyə heç bir açıqlama vermədən onun əmək haqqı kartından bütün pulları “borca silib”. “AccessBank” haqqında yüzlərlə belə şikayət var. 
Təsadüfi deyil ki, bu bank Azərbaycanda ən şox şikayət olunan bankların ilk üçlüyündə yer alır. Mərkəzi Bankın bu ilin fevral ayına olan şikayət indeksinə görə, “Accessbank” 2,55 indekslə üçüncüdür. O da maraqlıdır ki, bu bank bir neçə dəfə xaricdə mükafat alıb. Bu mükafatların fırıldaq yolu ilə əldə edildiyinə dair şübhələr var.

İndi belə bir bankın İdarə Heyətinin sədri çıxıb kredit faizləri ilə bağlı camaata “ağıl verir”, vətəndaşın cibinə girməyə çalışır.

Görünür, Davit Tsiklauri Azərbaycandan olmadığı üçün bu ölkənin vətəndaşının problemi onun üçün maraqlı deyil. “Accessbank”ın 100 faiz səhmi də xarici tərəfdaşlara aiddir, yəni xarici bankdır. Belə görünür ki, xarici bank Azərbaycanda vətəndaşları soymaqla məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

End of content

No more pages to load

RADİO