ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

Daha bir soydaşımız ABŞ Ordusunda xidmətə başlayıb. Bu dəfə diqqətçəkən məqam onun azərbaycanlı qadın olmasıdır. Və yəqin ki, o, ABŞ Ordusunda xidmət edən ilk azərbaycanlı qadın kimi tarixə düşəcək. Bu baxımdan onun hekayəsi soydaşlarımız üçün maraqlı bir nümunədir.

Söhbət Kəmalə Surxay qızı Atakişiyevadan gedir.

Bizim.Media-nın əməkdaşı ABŞ ordusunun hərbi formasını daşıyan soydaşımızla həmsöhbət olub. Onun bu qərarı necə verdiyi, hərbi xidmətə aparan yolun hansı mərhələlərdən keçdiyi və qarşısına hansı məqsədləri qoyduğu  barədə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

- Kəmalə xanım, əvvəla Sizi böyük uğur münasibəti ilə təbrik edirik. Sonra isə ilk sualımızı vermək istəyirik. Necə oldu ki, ABŞ ordusuna gedib çıxdınız?

- Əvvəla təbrik və məni axtarıb tapdığınız üçün çox sağ olun. O ki qaldı Amerika ordusuna gəlib çıxmağıma… Bunun üçün uzun bir yol keçmişəm.

- Elə isə yolun başlanğıcına qayıdaq. Harada doğulmusunuz? Təhsilinizi harada almısınız?

-Sumqayıtda doğulmuşam. Orta təhsilimi bu şəhərdə, bakalavr təhsilimi isə Azərbaycan Texniki Universitetində almışam. İxtisasca kompüter mühəndisiyəm. Təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə qısa müddətdə “SİNAM” şirkətində, daha sonra isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) çalışmışam. İşlədiyim müddətdə hər zaman xarici ölkələrin birində magistratura təhsili almaq barədə düşünmüşəm. Və nəhayət 2017-ci ildə belə fürsət qazandım.

Magistratura təhsili üçün Çinə yollandım. 2 il ərzində Tsinghua Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi aldım.

- Bu Universitet bildiyimiz qədər dünyanın ən reytinqli ali təhsil müəssisələrindən biridir…

- Tamamilə haqlısınız. Tsinghua Universiteti ən son reytinqlərə görə Asiyada 1-ci və dünyada isə 17-ci (QS, 2026) yerdədir. Bu Universitetin məzunları Çində və dünyada kifayət qədər məşhurdur. Təkcə bir faktı deyim ki, Çin Xalq Respublikasının prezidenti Si Cinpin də bu Universitetin məzunudur.



Təhsil aldığım müddətdə İKT mütəxəssisi kimi bir çox layihələrdə iştirak etdim. Hətta o zaman Azərbaycan şirkətlərinin Çin bazarında təşviq edilməsi üçün həyata keçirilən layihələrdə iştirakçı olmuşam. Azərbaycanlı şirkətlərlə iş məndə sahibkarlığa maraq oyatdı. Və 2 tələbə yoldaşımla Çində şirkət qurduq. İşlərimiz pis getmirdi. Amma pandemiya dövründə bir çox kiçik sahibkarlar kimi biz də müflis olduq.

- Və geri Azərbaycana dönmək istədiniz…

- Xeyr. Əslində mənə Azərbaycandan maraqlı iş təklifləri gəlirdi. Amma mən xaricdə müasir sənayelərin təqdim etdiyi iş imkanlarindan yararlanmaq, ölkəmizə töhfəmi yeni müstəvidən vermək istəyirdim. Hələ Pekində olarkən dünyanın aparıcı şirkətləri ilə yazışırdım. Və ilk iş təklifi ABŞ-dakı Special İtems şirkətdən gəldi. Bu şirkət üçün mən virtual həllər hazırlayırdım. Sonra Meta şirkətindən təklif aldım. Bir müddət də bu şirkətlə əməkdaşlıq etdim. Metanın Birləşmiş Krallıqda, Tayvandda və digər öləklərdə təşkil etdiyi toplantılarda iştirak etdim.

- Bəs necə oldu ki, hərbi sahəyə keçdiniz?

- Düzünü deyim ki, tam təsadüfdən. Bir gün həyat yoldaşımla Amerikada ən perspektivli karyera sahələrini müzakirə edirdik. Müzakirələrin sonunda ikimiz də bu qənaətə gəldik ki, ABŞ ordusunda xidmət eləmək gələcək üçün böyük fürsətlər yaradır. Elə həmin günün səhəri ABŞ Müdafiə Departamentinin Vaşinqtondakı şöbəsinə sorğu göndərdim. Tələblərini öyrəndim və 2-3 aylıq hazırlıqdan sonra qəbul imtahanınında 100 baldan 95-ni topladım. Eyni zamanda fiziki və sağlıq testlərindən də uğurla keçdim.

- Bu qədər asan..?

- (Gülür) Əsla. Ən çətin günlərim bundan sonra başladı. Bilirsiniz ki, Amerika ordusu dünyanın ən güclü ordusudur. Bu orduda xidmət keçmək, xüsusilə ilk 6 ayda çox-çox çətindir. İnanırsınız ki, xidmətimin ilk aylarında o qədər peşmanlıq çəkdim, öz-özümü danladım ki, “haradan başıma iş açdım”.



Mən hərbi-hava qüvvələrinin helikopterlər bölməsində xidmətə başladım. Mənim işim helikopterlərin elektronika sistemlərinə nəzarət olsa da xidmətin ilk ayında çox çətin sınaqlardan keçdim. Bunları bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm. Amma qısaca onu deyim ki, Amerika filmlərində gördüyünüz ABŞ hərbçilərinin ağır təlimlərinin hamısını mən keçmişəm. Təsəvvür edin ki, biz ilk təlimlərə başlayanda 42 nəfər idi. Amma sonra 29 nəfər qalmışdı. Qalan yoldaşlarımız fiziki və psixoloji çətinliklər səbəbindən xidməti buraxmalı oldu.

- Sizin soyadınız xeyli uzundur və çətin səslənir. Heç soyadınızı dəyişmək istəmədiniz ki?

- Haqlısınız. İngiliscə Atakişiyeva demək çox çətindir. Xüsusilə hərbi hissədə. Bir gülməli məqamı deyim ki, cərgəyə dayananda və yaxud iş başında komandanlıq məni səsləyəndə çox çətinlik çəkir (Gülür). Komandir ən azı 2-3 dəfə soyadımı hecalayır. Ona görə də mənə soyadımı dəyişmək təklif olundu. Yeni soyadım kifayət qədər maraqlı səslənirdi - Kamala Atak. Amma mən razılaşmadım. Dedim ki, “qoy hər kəs mənim soyadımı eşidəndə azərbaycanlı olduğumu bilsin”. Bu da mənə xüsusi qürur verir.

- Sirr deyilsə növbəti hədəfləriniz nədir?

- Hələ ki, orduda xidmət edirəm. Amma 40 yaşından sonra siyasətə qoşulmaq istəyirəm. Mən təhlillər aparmışam. Ortaya çıxan fakt isə ondan ibarətdir ki, Amerikada hərbidən siyasətə gələnlər çox böyük uğur qazanır. Ən uğurlu və sevilən siyasətçilər, lap elə Con Kennedi zamanında hərbçi olub. Mən də bu yolla getmək istəyirəm, İnşallah.

- Bəs Azərbaycan üçün darıxmırsınız?

- Darıxıram. Demək olar ki, hər gün Azərbaycandakı dostlarımla yazışıram. Valideynlərim arada yanıma gəlir. Qardaşım Sübhan da yaxındadır. Kanadanın Monreal şəhərində yaşayır. Süni intelekt mütəxəssisidir. Tez-tez onunla görüşürük. Əslinə baxsan iş o qədərdir ki, darıxmağa vaxt qalmır. İnşallah Yeni ildə valideynlərimi ziyarət etmək üçün Azərbaycana gələcəm.

- Elə isə Bakıda görüşənədək…

- İnşallah, görüşərik.

Qeyd edək ki, Kəmalə Atakişiyeva uzun illər müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərən, hazırda Bizim.Media informasiya portalının əməkdaşı olan jurnalist Surxay Atakişiyevin qızıdır.






Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO