“Böyük yeddilik” (G7) ölkələri neft və neft məhsullarının strateji ehtiyatlarından yaxın dörd ay ərzində 100 milyon barrelədək məhsulu bazara çıxaracaq.
Bizim.Media xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində açıqlayıb.
Onun sözlərinə görə, ehtiyatların bazara çıxarılması tərəfdaş ölkələrlə birgə və Beynəlxalq Enerji Agentliyinin koordinasiyası ilə həyata keçiriləcək. Məqsəd, ilk növbədə, dizel yanacağının qiymətini aşağı salmaqdır.
Bundan əlavə, G7 ölkələri neft emalı zavodlarının maksimum gücdə işləyə bilməsi üçün istehsal proseslərinin daha çevik təşkil olunması barədə razılığa gəliblər.
Görüş iştirakçıları tərəfdaş ölkələr arasında enerji resursları və neft məhsullarının mübadiləsini məhdudlaşdıracaq tədbirlərin tətbiq edilməməsi barədə də razılaşıblar.
Bizim.Media