İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı silahlı insident nəticəsində öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin avtomobil yollarından birində baş verib. SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, “terrorçular” yollardan birində partlayıcı qurğu yerləşdirərək hücum həyata keçiriblər.
Nəticədə SEPAH əməkdaşlarından biri həyatını itirib.
Hadisədən sonra hüquq-mühafizə qüvvələri ərazidə axtarışlara başlayıb və vəziyyəti qiymətləndirirlər.
İnsidentdə mümkün digər itkilər və hadisənin iştirakçıları barədə əlavə məlumat açıqlanmayıb.
Bizim.Media