ABŞ-nin Luiziana ştatının Aleksandriya şəhərində yerləşən ölkənin ən böyük deportasiya mərkəzindən təxminən 1 000 miqrant mənşə ölkələrinə göndərilib.
Bizim.Media xəbər verir ki, jurnalistlər deportasiya prosesinin həyata keçirildiyi mərkəzə giriş əldə ediblər.
Məlumata görə, deportasiya edilən miqrantlar arasında Qvatemala və Salvador vətəndaşları da olub.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markveyn Mallin bildirib ki, qanunu pozan şəxslər, bu pozuntunun nə qədər əvvəl baş verməsindən asılı olmayaraq, məsuliyyətə cəlb ediləcəklər.
“Əgər qanunu pozmağa qərar vermisinizsə, bunun nə qədər əvvəl baş verməsi mənim üçün əhəmiyyət daşımır. Siz yenə də ölkənin qanunlarını pozmusunuz. Biz sizi axtaracaq və geri göndərəcəyik”, - deyə o bildirib.
Bizim.Media