Rusiya qüvvələri sentyabr ayında Ukraynada 80,81 kvadratkilometr ərazi üzərində nəzarəti itirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesablamalarında qeyd olunub.
ISW-nin məlumatına görə, sentyabr ərzində Rusiya qoşunları 175,54 kvadratkilometr ərazi ələ keçirib, lakin 256,35 kvadratkilometr ərazi üzərində nəzarəti itirib. Beləliklə, ay ərzində Rusiyanın xalis ərazi itkisi 80,81 kvadratkilometr təşkil edib.
Bu, Rusiyanın yazın sonundan bəri ilk aylıq xalis ərazi itkisi göstəricisidir. Sonuncu dəfə may ayında Rusiya ərazi itkisi qeydə almışdı. Həmin vaxt xalis itki 281,1 kvadratkilometr olub.
ISW iyun, iyul və avqust aylarında isə Rusiyanın nəzarətində olan ərazinin cüzi artdığını hesablayıb.
Bizim.Media