Türkiyənin İstanbul şəhərini təmsil edən “Fənərbağça” futbol klubu “Turan Tovuz”la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu və media mənsubları qarşılayıblar.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Bizim.Media