Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA – “2028-ci ilədək...”

“Cari ilin sonuna qədər Azərbaycanın idxal potensialının ən azı 19 milyard dollara çatacağı gözlənilir. Bunu da aylara bölsək, təxminən 1.5 milyard dollar edir. Valyuta ehtiyatlarımız 70 milyard dollar, bizə lazım olan hissə isə 9 milyard dollar həcmindədir”. 

Bu sözləri Bizim.Media-ya açıqlayan keçmiş maliyyə naziri, iqtisad elmləri namizədi Saleh Məmmədovun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun normativində də təxminən 8-9 milyard dollar göstərilir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda illik inflyasiya nə qədərdir? - RƏSMİ STATİSTİKA 


“Əgər 19 milyard dollar idxala bəs edirsə və xarici borclarımız ödənilirsə, manatın dəyəri heç bir halda aşağı düşə bilməz. Ən azı 4 il müddətində heç nə ixrac etməsək və heç nə qazanmasaq belə, manatın dəyəri olduğu kimi qalacaq və əlavə ehtiyatlar hesabına bu dövrdə ölkə yaşayacaq”.

Manatın ucuzlaşması iddiaları haradan qaynaqlanır?

Onun dediyinə görə, son vaxtlar cəmiyyətdə vayuta ehtiyatlarının və dolların azalacağı ilə bağlı ciddi təşviş yaranıb:

“Bu da insanlarda qorxu və narahatlığa səbəb olub. Belə olan halda da hamı banklardan əmanətlərini çıxarmağa, manatı dollarla əvəz etməyə və digər addımları atmağa çalışır”. 

2008-ci ildə isə hökumətin və Mərkəzi Bank düzgün islahat apardığını xatırladan eks-nazir vurğulayıb ki, bununla da bütün şaiyələri aradan qalıdırdı: 

“Keçmiş SSRİ dövlətləri arasında 2008-ci il böhranında ən yaxşı halda çıxan ölkə Azərbaycan oldu və faktiki olaraq, heç bir zərərə məruz qalmadı. Qiymətlər elə də yüksək səviyyəyə qalxmadı, valyuta ehtiyatları öz səviyyəsində qaldı və iqtisadi artım tempi aşağı düşmədi”. 

Manat dəyərdən düşə bilməz?

Müsahibimiz, hazırkı məqamda manatın dəyərdən düşməsi ehtimalının olmadığını diqqətə çatdırıb:

“Bu gün tədiyyə balası yüksək olan bir ölkənin milli vayutasının dəyərinin aşağı düşməsi elə də ciddi problem deyil. Amma qalxması problemə səbəb olacaq və iqtisadi aktivliyə mənfi təsir edəcək. 

Məsələn, Yaponiya ixracat saldosu idxala nisbətə yüksək olduğuna görə tez-tez problemlə üz-üzə qalır. Yapon yeninin kursunun mütəmadi qalxması ilə əlaqədar neçə hökumət istefa verdi ki, bu da ixrac potensialına mənfi təsir edir. Artıq Azərbaycanda da eyni vəziyyət yaradılıb”. 

Ekspert valyuta ehtiyatlarımızın artmasından da söz açıb:

“2022-ci ildə həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın vasitəsilə Azərbaycanın ehtiyat fonduna təxminən 12 milyard dollardan çox vəsait əlavə olundu. 2023-cü ildə bu vəsait 7 milyard dollardan çox oldu. Hazırda isə ölkəmizin 60 milyard dollardan çox ekstra ehtiyatları var. 

AMB-nin ehtiyatları 12 milyard dollar ARDNF-da isə bu 58 milyard dollar həcmindədir.Təkcə Mərkəzi Bankın ehtiyatları milli valyutanın dəyərinin saxlanması üçün bəs edir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

End of content

No more pages to load

RADİO