Banklarımızın xarici borcları niyə artıb? – AÇIQLAMA 

Ötən ildə Azərbaycanda bank sektorunun müddətli xarici borcu 81.4% və ya 225 milyon ABŞ dolları artaraq 501.8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabata görə, ötən ilinin sonuna bankların cəmi öhdəliklərinin 2%-i xarici borc təşkil edib. Əvvəlki ilin sonunda bu göstərici 1.1% idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu il ölkəmizdə inflyasiya neçə FAİZ OLACAQ? – Fərqli PROQNOZLAR


Borclanmanın səbəbi nədir? Bunun gələcəkdə hansısa fəsadı ola bilərmi?

Suallara iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bankların xarici borclanmasının artması əslində sağlam münasibətlər fonunda, sağlam makroiqtisadi tarazlığın bərqərar olduğu dövrdə normal haldır:

“Çünki xarici borc həm də ölkəmizin bank sektorunda xarici aktivlərin artması deməkdir. Ona görə də bankların xarici borclanmasından indiki halda ehtiyatlanmağa dəyməz. 
Nəzərə alaq ki, 2015-2016-cı ildə baş verən iqtisadi təlatümlər və devalvasiyalar o zaman bankların götürdükləri öhdəlikləri yerinə yetirməsində problemlər yaratdı.  Bu xoşagəlməz hal Mərkəzi Bank tərəfindən diversifikasiya olunub. Mən əminliklə deyə bilərəm ki, bank sektorunda son 10 ilin ən optimal dövrü yaşanır. Yəni, risklər minimumlaşdırılıb. Spesifik tədbirlər vaxtlı-vaxtında həyata keçirilir”. 

Fuad İbrahimov hesab edir ki, bankların müddətli xarici borcunun artması aktivliyin bir göstəricisidir:

“Bu o deməkdir ki, xarici banklar və maliyyə institutları Azərbaycanın bank-maliyyə sektorundakı sabitlikdən məmnundurlar. Buna görə də öz aktivlərini həvəslə Azərbaycan banklarına yerləşdirirlər. İnanıram ki, bu tendesiyadan biz ancaq xeyir görəcəyik və heç bir fəsadla üzləşməyəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

End of content

No more pages to load

RADİO