“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” - Lalə Məmmədova

“İcra başçıları, televizyalar müğənnilərin qonorarını vermirlər”.

Bizim.Media xəbər verir ki, bunu axşam.az-a müsahibəsində müğənni Lalə Məmmədova bildirib. 

Müğənni bildirib ki, çox vaxt sənətçilər icra başçıları və telekanalların “qara siyahı”sına düşməmək üçün məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar:

“İstər Rusiya, istər Türkiyə ərazicə böyükdür. Onlarda konsert təşkil edən qurumlar fəaliyyət göstərir. Bizdə Mahnı Teatrı var, vaxtında az da olsa, qastrol səfərlərimiz olurdu. İndi isə bu yoxdur. Çox vaxt sənətçilər məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar. Bunu ya telekanalların, ya da icra başçılarının "qara siyahı"sına düşməmək üçün edirlər. Bəlkə əvvəl bu cür konsertlərin dadı-duzu var idi, amma zamanla qalmadı. Rayonlardakı insanlar da doydular. İl ərzində nə qədər konsert olar? Hər sənətçinin öz auditoriyası var. Ora toplaşanlar bütün müğənniləri sevə bilməz. Tamaşaçı da məcbur qalırdı.

İcra hakimiyyətindən tapşırıblar deyə yağışda, istidə əl çalırdılar. Beləcə, dadı-duzu qaçdı.

Digər tərəfdən isə həmin konsertlərin keçirilməsi üçün istər televiziyalara, istərsə də icra hakimiyyətlərinə dövlətdən pul ödənilir.  Amma sənətçilərin qonorarını vermirlər. Buna görə də müğənni toydan asılı vəziyyətdə qalır. Tək gəlir yeri toydur”.

Müğnni həmçinin qeyd edib ki, heç toydan gələn də bütöv sənətçiyə qalmır:

“Bəzən böyük qurumlardan sifariş gəlir: filankəsin toyunda oxumaq lazımdır. Kasıb birinin toyunda oxumaq bizim də ürəyimizdən keçir. Deyirsən, halal xoşu olsun, imkanı çatmır, ona hədiyyə etdim.

Tapşırıqla hansısa toyda çıxış edirsən, halbuki məclis sahibinin sənə pul verməyə yetəri qədər imkanı var.

Amma çalışdığı qurumdan, kiminsə adından istifadə edib, deyir, bir tük də qoparmaq qənimətdir. Bu, biz sənət adamlarının iç mətbəxidir. Bunu açmaqda bəlkə düz etmirəm, amma gerçəklər budur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ və Türkiyə arasında yüksək səviyyəli iqtisadi dialoq keçiriləcək

Aİ və Türkiyə arasında yüksək səviyyəli iqtisadi dialoq keçiriləcək

Mərakeşə məğlubiyyətə görə VƏZİFƏSİNİ İTİRDİ

Mərakeşə məğlubiyyətə görə VƏZİFƏSİNİ İTİRDİ

Yaşayış binasında dəhşətli yanğın: Ölənlər var – VİDEO

Yaşayış binasında dəhşətli yanğın: Ölənlər var – VİDEO

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən AYRILDI – FOTO

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən AYRILDI – FOTO

Türkiyədə məşhur model Dəniz Akkaya saxlanıldı

Türkiyədə məşhur model Dəniz Akkaya saxlanıldı

Rusiya Hindistandan benzin idxal etməyə başladı

Rusiya Hindistandan benzin idxal etməyə başladı

Dəhşət: Elektron siqaret çəkən məktəbli reanimasiyaya düşdü

Dəhşət: Elektron siqaret çəkən məktəbli reanimasiyaya düşdü

Erməni nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Erməni nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Zaxarova: “Mən düşünürdüm ki, Ruttenin yuxusuna mane olan yeganə şey qadındır” - FOTO

Zaxarova: “Mən düşünürdüm ki, Ruttenin yuxusuna mane olan yeganə şey qadındır” - FOTO

İranda Əli Xamenei ilə vida günlərində 850 məhkum əfv olunacaq

İranda Əli Xamenei ilə vida günlərində 850 məhkum əfv olunacaq

Messi Hörümçək adamla birlikdə uçdu – Yeni filmin VİDEOSU yayıldı

Messi Hörümçək adamla birlikdə uçdu – Yeni filmin VİDEOSU yayıldı

Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir – SORĞU - FOTO

Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir – SORĞU - FOTO

Həkimə böhtan atan qadınlar cəzalandırıldı

Həkimə böhtan atan qadınlar cəzalandırıldı

Xanım Yadigarlı tutduğu vəzifədən AZAD OLUNDU

Xanım Yadigarlı tutduğu vəzifədən AZAD OLUNDU

Rusiya ukraynalı əsirlərə qarşı 694 növ işgəncə tətbiq edir – VİDEO

Rusiya ukraynalı əsirlərə qarşı 694 növ işgəncə tətbiq edir – VİDEO

Kondisioner havası niyə bəzi insanlara mənfi təsir göstərir? — Açıqlama

Kondisioner havası niyə bəzi insanlara mənfi təsir göstərir? — Açıqlama

“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir - 14 900 AZN-dən başlayan ilkin ödəniş!

“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir - 14 900 AZN-dən başlayan ilkin ödəniş!

Bakıda bir qohumunu öldürən, digərini bıçaqlayan şəxsə HÖKM OXUNDU

Bakıda bir qohumunu öldürən, digərini bıçaqlayan şəxsə HÖKM OXUNDU

Paşinyan rusiyalı həmkarına ZƏNG ETDİ

Paşinyan rusiyalı həmkarına ZƏNG ETDİ

"ChatGPT artıq bu gün həkimlərin 99 faizindən daha yaxşıdır" - VİDEO

"ChatGPT artıq bu gün həkimlərin 99 faizindən daha yaxşıdır" - VİDEO

Azərbaycanın qızıl ixracından gəlirlərində KƏSKİN ARTIM

Azərbaycanın qızıl ixracından gəlirlərində KƏSKİN ARTIM

Kriptovalyutalarla bağlı SƏRT QADAĞALAR – “Bitcoin” dövrü SONA ÇATIR?

Kriptovalyutalarla bağlı SƏRT QADAĞALAR – “Bitcoin” dövrü SONA ÇATIR?

NATO-nun baş katibi: “Məni oyaq saxlayan ən böyük təhlükə Rusiyadır”

NATO-nun baş katibi: “Məni oyaq saxlayan ən böyük təhlükə Rusiyadır”

Belarusda 28 "ekstremist" əfv edildi

Belarusda 28 "ekstremist" əfv edildi

End of content

No more pages to load

RADİO