Belçikanın Antverpen şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində bir neçə nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Belçikanın VRT telekanalı məlumat yayıb.
Yanğın binanın sondan əvvəlki mərtəbəsində qeydə alınıb. Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşınları cəlb olunub.
Faciəyə səbəb olan yanğının başvermə səbəbləri hələlik müəyyən edilməyib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bizim.Media