Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən AYRILDI – FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat verib.

Elnur Hidayətoğlu paylaşımında 5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışdığını bildirib: 

"2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı.

Bu müddətdə heç vaxt unutmadığım bir məqamı xüsusi vurğulamaq istərdim. Harada olmağımdan asılı olmayaraq, hər zaman media ilə yaxşı münasibət qurmağa, onlar üçün əlçatan mətbuat xidməti olmağa və PR sahəsində fərqlənməyə çalışdım. Təkcə TƏBİB-də son 3 ilə yaxın müddətdə çoxsaylı PR layihələrinin ideya müəllifi və rəhbəri oldum. Komandamızla elə layihələr hazırladıq ki, sosial şəbəkələrdə, televiziya və onlayn mediada dəfələrlə gündəmə çevrildi, sevildi və alqışlandı!

Bu işin ən önəmli tərəfi, sözsüz ki, media ilə münasibətlərdir. Bu baxımdan inanmaq istərdim ki, media nümayəndələri də məndən razı qaldılar. Çünki heç vaxt özümü onlardan fərqli hesab etmədim, münasibətim heç bir vəzifədə, heç bir mərhələdə dəyişmədi.

Açığı, qarşılığında onlar da mənə hər zaman hörmətlə yanaşdılar, əməkdaşlığımıza dəyər verdilər. Bəzən elə məqamlar oldu ki, güzəşt etdilər, səbirsiz davranmadılar, müəyyən məqamları anlayışla qarşıladılar. Buna görə hər birinə təşəkkür edirəm!
İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər!
Sağlıqla qalın!” - deyə jurnalist paylaşımında qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

Ən zövqlü geyinən BÜRCLƏR

Ən zövqlü geyinən BÜRCLƏR

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

End of content

No more pages to load

RADİO