Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl zərbələrdən sonra ölkədə yaranan yanacaq qıtlığı fonunda Moskva Hindistandan benzin almağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin əldə etdiyi məlumatlara görə, Moskva artıq Hindistandan yanacağın ilk partiyalarını idxal edib. Rusiyanın yaxın aylarda hər ay Hindistandan 400 min tona qədər benzin idxal etməyi planlaşdırdığı bildirilir.
Qeyd olunur ki, yaranmış kəskin defisiti aradan qaldırmaq üçün bir qədər əvvəl "enerji fövqəldövləti" hesab olunan Rusiyanı yanacaqla təmin etməyə Belarus başlamışdı. İndi isə daxili bazarı qorumaq məqsədilə prosesə Hindistan da qoşulub.
Ukrayna mediası isə hadisəni şərh edərkən bu vəziyyətin Rusiyanın "xüsusi hərbi əməliyyat" strategiyasının iqtisadi uğursuzluğunun göstəricisi olduğunu iddia edib.
Bizim.Media