Dünya futbolunun əfsanəsi Lionel Messi yeni filmin tanıtım çarxında (promo) Hörümçək adamla (Spider-Man) birlikdə rol alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sony Pictures" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat paylaşılıb.
Ulduz futbolçu "Hörümçək adam. Yeni gün" (Spider-Man: A New Day) filminin reklam çarxında çəkilib.
Süjetə əsasən, Messi bir kafeyə daxil olur. Həmin məkanda ekran işinin baş qəhrəmanı – Tom Hollandın canlandırdığı obraz əyləşib. Aktyor Messini dərhal tanıyır və ondan nə axtardığını soruşur. Lionel Messi isə cavabında Hörümçək adamı axtardığını bildirir.
Bundan sonra Tom Holland superqəhrəman kostyumunu geyinir və növbəti kadrlarda Lionel Messinin onunla birlikdə Nyu-York küçələrində torlar vasitəsilə havada uçduğu əks olunur.
Bizim.Media