Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hökumət başçıları Rusiya-Ermənistan əməkdaşlığının ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdəki aktual məsələlərini müzakirə ediblər.
Bizim.Media