Belarus Respublikasının Müstəqillik Günü ərəfəsində ölkədə 32 nəfər əfv edilib. Onlardan 28-i ekstremist yönümlü cinayətlərə görə məhkum olunmuş şəxslərdir.
Bizim.Media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bununla bağlı müvafiq fərman imzalayıb.
Dövlət başçısı tərəfindən imzalanan sənədə əsasən, əfv olunanların 20-si qadın, 12-si isə kişidir.
Rəsmi məlumatda bu qərarın məhkumlar və onların ailələrinə qarşı humanizm prinsipi əsasında qəbul edildiyi bildirilir.
Əfv edilən şəxslərin hamısının öz təqsirlərini boynuna alaraq peşman olduqları və əfv olunmaq üçün şəxsən vəsatət qaldırdıqları qeyd olunub.
Bizim.Media