Fransa kolonializminə qarşı çıxan liderlərin ACI TALEHLƏRİ – ARAŞDIRMA 

Fransa kolonializminə qarşı çıxan liderlərin ACI TALEHLƏRİ – ARAŞDIRMA 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə yerləşən Etnoqrafiya Muzeyi bura gələn hər kəsi dəhşətə salır. Çünki eksponatlar yalnız insan kəllələri və insan skletlərindən ibarətdir. Ümumilikdə, “İnsan muzeyi”ndə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir. Kəlləsi sərgilənənlər isə bir zamanlar Afrika qitəsində yaşayan və Fransa işğalına qarşı mübarizə aparan şəxslərdir. 

Bundan başqa, eksponatlar arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeletləri var. Muzey rəsmiləri sözügedən skeletlərin antropoloqlar tərəfindən tədqiqat üçün toplanıldığını desələr də, buna inananların sayı olduqca azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa nəşri "L'Express" qəzetinin anti-Azərbaycan materialını tənqid etdi - FOTO


Milyonların qanı üzərində qurulan ölkə

Əminliklə deyə bilərik ki, beynəlxalq sistemin moderatorlarından və BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Fransa insani və müharibə cinayətlərinin törədilməsində əsas rol sahibidir. 

Fransa təkcə Əlcəzairdə deyil, dünyanın başqa ünvanlarında da vəhşiliklər törədib. Ən pisi də odur ki, Fransa bu gün də Afrikanın 14 ölkəsindən müstəmləkə vergisi almaqda davam edir. 

1524-cü ildən sonra Afrikanın 35 faizi 300 il Fransanın müstəmləkəsi olub. Fransızlar Afrikada təkcə sərvətləri talamayıb, həm də yerli xalqlara qarşı soyqırımı həyata keçiriblər.

Hansı ölkə, hansı qəbilə başçısı Fransa müstəmləkəsinə qarşı çıxıbsa, onu insanlığa sığmayan şəkildə cəzalandırıblar.

İşğal dövründə fransızlar yerli insanları ən şərəfsiz şəkildə alçaldıblar. Afrikalıların başını kəsib ondan top əvəzinə istifadə edən yeganə xalq məhz fransızlardır. On minlərlə qadına və uşaqlara qarşı təcavüz edən də onlardır. Bir sözlə, soyqırımları və insanlara qarşı ən dəhşətli şəkildə təcavüzləri fransızlar dəfələrlə sınaqdan keçiriblər. Afrikada 2 milyondan artıq insan fransızların birbaşa qurbanı olub. Onların 1,5 milyonu əlcəzairlilərdir. Sonuncu dəfə 1994-cü ildə Ruanda soyqırımında 800 minə yaxın afrikalının həyatına son qoyuldu.

Bu qətliamın təşkilatçılarından biri də Fransa dövləti idi. Amma nə yazıq ki, Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. 

Fransa işğalına qarşı çıxan lidelərin dəhşətli aqibətləri

Özünü demokratik, söz və fikir azadlıqlarına hörmət edən ölkə kimi təqdim edən Fransa işğala baş qaldıran koloniya liderlərini də repressiyalara məruz qoyub.

Yada salaq ki, İkinci Dünya Müharibəsində zəif düşən və borc içində boğulan Fransa üzünü yenə Afrikaya tutdu. Fransızların milli qəhrəman elan etdikləri General Şarl de Qoll qısa zamanda Afrikada nəzarəti bərpa etdi. Bu zaman Fransaya itaət etməyən və vergi ödəməkdən imtina edən dövlət və hökümət başçıları ən sərt və qeyri-insani şəkildə cəzalandırılırdılar. 

Əhməd Sekou 

Məsələn, 1958-ci ilin yayında Şarl de Qollun Qvineyaya səfəri vaxtı izdiham qarşısında çıxış edən prezident Əhməd Sekou itaətsizlikdən danışdı. 

“Biz qanuni müstəqillik haqqımızdan əl çəkmirik və heç vaxt da imtina etməyəcəyik”.

Bu çıxışdan sonra Şarl de Qolun o gecə Sekou ilə planlaşdırılan şam yeməyi ləğv edildi. Ertəsi gün prezident təyyarəsi ilə qonşu ölkə olan Seneqala uçan Əhməd Sekou qəzaya “düşdü”.  Bu qəsdlə ürəyi soyumayan De Qoll Parisə qayıtdıqdan sonra koloniyanın bürokratiyasına tibbi və təhsil xidməti göstərən minlərlə fransız dövlət qulluqçusunu dərhal geri çağırdı. Fransanın bu addımı Qvineyanın təhsil və tibb sektorunda xaosun yaranmasına səbəb oldu.

Samori Ture

Fransa müstəmləkəsinə boyun əymək istəməyən Vasulu İmperiyasını idarə edən Samori Turenin də sonu heç də yaxşı olmayıb. Turenin əsli Qvineya dağlarında yaşayan bir qəbilədən idi. Onun 35 min nəfərlik ordusu fransız işğalçılarına uzun müddət müqavimət göstərdi. Lakin ağır müharibədə İmperatorluğu məhv edilən Ture uzaq bir ekvator koloniyası olan Qabondakı bir adaya sürgün edildi və orada öldü.

Feliks-Roland Moumie

Kamerunda müstəmləkəçiliyə qarşı olan yerli lider Feliks-Roland Moumie də fransız agentləri tərəfindən öldürüldülər. Belə ki, 1960-cı ildə azadlıq mübarizələrini dünyaya çatdırmaq üçün İsveçrəyə səfər edən Moumieni Cenevrədə radioaktiv talliumla zəhərlədilər.

Silvanus Olimpio

1963-cü ildə Toqonun ilk prezidenti Silvanus Olimpio suveren pul vahidini buraxmaq qərarına gəldi. Bu qərar rəsmi Parisin qəzəbinə səbəb oldu. Və cəmi iki gün sonra Olimpio Fransanın təşkil etdiyi hərbi çevrilişdə öldürüldü. Silvanus Olimpionun özünün də fransız ordusunun 25 yaşlı çavuşu tərəfindən güllələndiyi bildirilir.

Osende

1966-cı ildə Kamerun müqavimət hərəkatının lideri Osende Afananın fransız hərbçiləri tərəfindən başı kəsildi. O, sadəcə olaraq ölkəsində Fransa frankından imtina etməyi və Afrika valyutasının yaradılmasını istəmişdi.

Tomas Şankara

1987-ci ildə Fransa işğalçıların növbəti qurbanı Burkina Faso inqilabçısı və prezidenti Tomas Şankara oldu. O, Fransanın hökmranlığının silahı kimi istifadə etdiyi CFA valyuta sisteminə qarşı çıxdığına görə öldürüldü.

Muəmmar Qəddafi 

2011-ci ildə Liviyanın lideri Muəmmar Qəddafinin ölkəsinin qızıl dinarına əsaslanan vahid valyuta yaratmaq və Afrika İttifaqı yaratmaq istədiyinə görə hakimiyyətdən devrildi və təhqiramiz şəkildə öldürüldü. 

İdris Debi 

1990-cı ildən etibarən Qabona rəhbərlik edən marşal İdris Debi 2021-ci ilin aprelində Fransanın sərt pul siyasətinə etiraz etdiyinə görə fransız əsgəri tərəfindən öldürüldü. 

İşğalın etirafı

Ümumilikdə isə son 50 ildə 26 Afrika ölkəsində 67 dövlət çevrilişi olub. Bu 26 ölkədən 16-sı keçmiş Fransa koloniyaları idi.

Sonda onu qeyd edək ki, Fransanın bu gün ayaqda durmasının səbəbi Afrikadan gələn milyardlardır. Təsadüfi deyil ki, Fransanın keçmiş prezidenti Jak Şirak bildirib ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi:

“Fransızlar banklarındakı külli miqdarda pulun məhz keçmiş Afrika koloniyalarının istismarından gəldiyini unutmamalıdırlar”.

Daha bir sabiq prezident Fransua Mitteran proqnozlaşdırmışdı: “Afrikasız Fransanın 21-ci əsrdə tarixi olmayacaq”.
Artıq şərhə yer yoxdur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Yevlaxda ağır qəza: 2 ölü var

Yevlaxda ağır qəza: 2 ölü var

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU

Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU

Qəzada xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Qəzada xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?

Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi işləri nə yerdədir?

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi işləri nə yerdədir?

Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?

Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?

End of content

No more pages to load

RADİO