ABŞ terror təşkilatlarını necə maliyyələşdirir? – ARAŞDIRMA 

Bütün terror təşkilatları böyük dövlətlər tərəfindən yaradılıb desək, yəqin ki, yanılmarıq. Məqsədsə həmin təşkilatların əli ilə hansısa dövləti təzyiq altında saxlamaq olub. Bu gün Talibanın, İŞİD-in ABŞ tərəfindən yaradıldığı heç kəsə sirr deyil. Məhz bu terror təşkilatlarının əli ilə ABŞ onun “sözünə baxmayan” dövlətləri cəzalandırır. Əslinə qalsa, bu yeni metod deyil.

Bu tarixin sınağından çıxmış “üsul”dur.

Yada salaq ki, ötən əsrin ortalarından başlayaraq o zamankı supergüclər SSRİ və ABŞ dünyanın müxtəlif nöqtələrində terrorçu dəstələr yaratmağa başladılar. 1975-ci ildə SSRİ-nin təşəbbüsü və maliyyə dəstəyi ilə ASALA, 1978-ci ildə isə PKK yaradıldı.

O zamankı SSRİ rəhbərliyi bu təşkilatları Türkiyəyə təzyiq məqsədi ilə qurmuşdu. Çünki həmin dövrlərdə SSRİ-nin bir nömrəli problemi Türkiyəni zəiflətmək idi. Türkiyə SSRİ-ni eşitmir, Qərbə yaxınlaşırdı. Türkiyə hətta NATO-ya üzv oldu və NATO-nu SSRİ sərhədlərinə qədər gətirdi. Ankaranın bu addımına adekvat olaraq SSRİ məhz ASALA və PKK-nı yaratdı. Hədəfsə Türkiyəni strateji, iqtisadi və hərbi baxımdan zəiflətmək idi.

Bu gün tərəddüdsüz demək olar ki, dünyadakı bütün terror təşkilatları müxtəlif paytaxtlardan idarə olunur. Amma bəzi Avropa dövlətləri, o cümlədən Rusiya və İran kimi dövlətlər də terror təşkilatları ilə işbirliyindədir.
Qlobal güclər öz çirkin planlarına görə təkcə terror təşkilatı yox, həm də terror dövlətləri yaradıblar.

Məsələn, Taliban və İŞİD kimi dövlətləşmiş qruplaşmalar bu gün Qərbin “vuran əlidir”.

“The Hill” nəşri hələ 2017-ci ilin avqustunda yazırdı:

“ABŞ-ın anti-terror siyasəti Vaşinqtonun radikallara dəstəyi dayandırmaq üçün terrorçuların sponsorlarına pul ödəməsindən ibarətdir. İndi terrorçuların sponsorları ABŞ üçün antiterror şousu hazırlayır, eyni zamanda radikalları dəstəkləməyə davam edirlər. Bunun real sübutunu Fələstində və Qətərdə görmək olar.

Fələstin məktəblərində fələstinlilərin İsrail vətəndaşlarını öldürmək öhdəliyi tədris edilir. Bundan başqa on milyonlarla müsəlmanın izlədiyi Qətərin “Əl-Cəzirə” telekanalı gündəlik olaraq qeyri-müsəlmanlara qarşı zorakılığı təbliğ edir”.

Nəşr daha sonra yazır:

“1994-cü ildən bəri ABŞ hökuməti “humanitar ehtiyacları ödəmək və İsrailə qarşı terror hücumlarının qarşısını almaq və ya azaltmaq üçün Fələstinə təxminən 5,6 milyard dollar göndərib. ABŞ-ın səxavətli maliyyə dəstəyi ilə Fələstin “İsrail vətəndaşlarını necə düzgün şəkildə bıçaqlamaq” barədə təlimatlar dərc edir”

Qeyd edək ki, Vaşinqton təkcə terroru dəstəkləmir, həm də ABŞ-ın xeyrinə casusluq edənlərə ciddi maddi dəstək verir. Məsələn, 1984-cü ildə Konqres qanun qəbul edib. Bu qanuna əsasən məlumat verənin təqdim etdiyi məlumat müsbət nəticə verərsə, ona maliyyə yardımı göstərilə bilər. Son 40 ildə ABŞ özünün dünyadakı agentura şəbəkəsinə rəsmi qaydada 300 milyon dollara yaxın vəsait ödəyib.

İŞİD-i ABŞ yaradıb?

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bir müddət əvvəl bildirmişdi ki, ABŞ "İslam Dövləti" (İŞİD) terror təşkilatına sponsorluq edir:

“Bəli, belə məlumatlar var, onlar sülh üçün deyil, münaqişə üçün çalışırlar. Çünki onlar həqiqətən Əfqanıstandakı biabırçı hərbi-siyasi məğlubiyyətin qisasını almaq istəyirlər və qisas almaq üçün hər şeyi edirlər ki, bölgədə sülh olmasın”.

ABŞ-ın məşhur nəşri “Daily Beast” qəzeti bir müddət əvvəl “ABŞ-ın müttəfiqləri İŞİD-ə sponsorluq edir” başlıqlı məqalə dərc etmişdi. Yazıda qeyd edilir ki, Vaşinqtonun xeyir-duası ilə “İslam Dövləti” yarandığı ilk vaxtlarda, təşkilata Səudiyyə Ərəbistanı, Küveyt, və Qətər kimi ölkələrin varlı vətəndaşları tərəfindən yardım edilir”.

Bir müddət əvvəl Türkiyənin “Radikal” nəşrinə müsahibəsində MKİ-nin keçmiş yüksək rütbəli analitiki Qrem Fuller deyib ki, ABŞ İŞİD-i yaratmağı planlaşdırmırdı:

“Lakin Yaxın Şərqə dağıdıcı müdaxilə və İraqdakı müharibə ABŞ üçün İŞİD-in yaranmasını vacib etdi”.

Öz növbəsində, Suriya hökumətinin keçmiş baş nazirinin müavini Kadri Cəmil “Gazeta.ru”ya bildirmişdi ki, ABŞ “nəzarət olunan xaos” yaratmaq üçün belə qruplaşmalar yaradır:

“Bu gün ABŞ-ın İŞİD-ə qarşı mübarizə aparmağa məcbur olmasında ziddiyyət görmürəm. Qruplaşma nəzarətdən çıxıb və amerikalıların özlərini hədələyir”.

PKK da ABŞ-dan dəstək alır

Ağ Ev İŞİD-ə düşmən mövqedə dayanan PKK-nı da açıq şəkildə dəstəkləyir. ABŞ-ın PKK-ya yardımları isə heç də gizli saxlanılmır. Belə ki, Birləşmiş Ştatların keçmiş prezidenti Donald Tramp çıxışlarında açıq şəkildə PKK-nın Suriya qanadı olan YPG-ni dəstəklədiklərini ifadə edib.

Tramp 2019-cu ildə özünün tviter hesabından YPG-nin lideri Mazlum Kobaniyə təşəkkürünü bildirmişdi.

Bundan əlavə, sabiq Prezident 2019-cu il yanvarın 14-də yazdığı tvitdə terror təşkilatını müdafiə etmək üçün Türkiyəni açıq təhdid etməkdən belə çəkinməmişdi:

“Əgər Türkiyə kürd döyüşçülərinə (red. PKK terrorçularına) hücumlarını davam etdirsə, biz Türkiyəni iqtisadi cəhətdən məhv edəcəyik”.

Özü terroru dəstəkləyir, başqalarına terrorçu deyir… 

Bütün bunlara rəğmən ABŞ öz bildiyini deyir. Ağ Evin fikrincə hazırda 4 terror dövləti var. Bunlar Kuba, İran, Şimali Koreya və Suriyadır.

Maraqlıdır ki, rəsmi Vaşinqton daha əvvəllər İraq, Liviya, Sudan və Cənubi Yəməni də terror dövləti siyahısına salmışdı. Lakin sonradan bu ölkələrin adı “terror dövlətləri” siyahısından çıxarıldı. Bu da səbəbsiz deyil. Liviya və İraq xarabazarlığa çevrildi və bu bölgə üzərində ABŞ öz hökmranlığını qurdu. Sudan və Cənubi Yəmənsə Amerikanın bayrağı altında yaşamağı qəbul etdilər.

Yəni, ABŞ özünə düşmən olanlara terrorçu damğası vurmaq üçün heç bəhanəyə belə ehtiyac duymur…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyalar nə vaxt veriləcək?

Pensiyalar nə vaxt veriləcək?

Deputat: “Dövlət qulluqçuları işlərini asanlaşdırmaq üçün "Chatgpt"dən istifadə edirlər”

Deputat: “Dövlət qulluqçuları işlərini asanlaşdırmaq üçün "Chatgpt"dən istifadə edirlər”

Türkiyədə ağır qəza: Avtobus aşdı – 1 ölü, 40 yaralı var – VİDEO

Türkiyədə ağır qəza: Avtobus aşdı – 1 ölü, 40 yaralı var – VİDEO

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

Bakıda marketdən 5 min manatlıq oğurluq edildi – FOTO -VİDEO

Bakıda marketdən 5 min manatlıq oğurluq edildi – FOTO -VİDEO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Nyu-York küçələri su altında – VİDEO

Nyu-York küçələri su altında – VİDEO

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

Türkiyədə NATO sammiti başladı - CANLI

Türkiyədə NATO sammiti başladı - CANLI

İtkin düşən turistlər tapıldı

İtkin düşən turistlər tapıldı

End of content

No more pages to load

RADİO