İsrail Müdafiə Qüvvələri ötən gecə hava hücumları nəticəsində HƏMAS-ın Qəzza zolağındakı Dəniz Qüvvələrinin komandiri Ratəb Əbu Sahibanı öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Əbu Sahiban oktyabrın 24-də dənizdən İsrailin Zikim və Karmia bölgələrinə hücum cəhdini planlaşdırıb və hücuma rəhbərlik edib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçən gecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanı öldürüb.
Bizim.Media