Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21-lər arasında karate üzrə 14-cü dünya çempionatı başa çatıb.
Azərbaycan Karate Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Dünya Karate Federasiyasının təşkil etdiyi yarışda ölkə təmsilçiləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb.
Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, turnirə 114 ölkədən 2000-dən çox idmançı qatılıb.














Bizim.Media