20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub.

Bizim.Media xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb.

Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə cütlüyün iki övladı olub. Lakin münasibətləri yaxşı olmadığı üçün 2017-ci ildə boşanıblar.

Həmin vaxt əvvəlcə Yasamal rayon Məhkəməsi Müşfiq Cəfərova hər uşağa 136 manat olmaqla, ayda ümumi 272 manat ödəniş etməyi tapşırıb. 2024-cü ildə isə həmin məhkəmə hər uşaq üçün məbləği 235 manata qaldırıb. Bununla da Müşfiqin aylıq aliment ödənişi cəmi 470 manata qalxıb.
 

Amma o, qeyd olunan ödənişləri vaxtında və tam yerinə yetirmədiyi üçün üç dəfə inzibati qaydada 10, 20 və 25 gün müddətinə həbs edilib. Sonradan ona məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, bu da əhəmiyyətsiz olub.


Nəticədə M.Cəfərov barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, ifadəsində borcu tam verə bilməyəcəyini, lakin hissə-hissə ödəyəcəyini bildirib. Zərərçəkən qadın isə indiyədək vaxtlı-vaxtında və tam aliment ödənişləri ala bilmədiyi üçün övladlarını təkbaşına böyütdüyünü deyib. Onun sözlərinə görə, Müşfiq son dəfə 2021-ci ildə poçt vasitəsilə ona 257 manat pul göndərib.

Məhkəmənin qərarı ilə Müşfiq Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ay paytaxtın Sabunçu rayonunda övladları üçün aliment ödəməyən 42 yaşlı kişi həbs olunmuşdu. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün jurnalistika kursu fəaliyyətə başladı - FOTO

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün jurnalistika kursu fəaliyyətə başladı - FOTO

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

İran Hörmüz boğazını 6 günə aça bilər - Nazir

İran Hörmüz boğazını 6 günə aça bilər - Nazir

Zelenski: “ABŞ rəsmən Rusiyanın tərəfini tutarsa, biz duruş gətirə bilməyəcəyik” - VİDEO

Zelenski: “ABŞ rəsmən Rusiyanın tərəfini tutarsa, biz duruş gətirə bilməyəcəyik” - VİDEO

Almaniya kəşfiyyatının sabiq rəhbəri uzun illər Patruşevlə niyə görüşüb?

Almaniya kəşfiyyatının sabiq rəhbəri uzun illər Patruşevlə niyə görüşüb?

Sahibə Qafarova Qırğızıstanda TÜRKPA-nın iclasında iştirak edəcək

Sahibə Qafarova Qırğızıstanda TÜRKPA-nın iclasında iştirak edəcək

Hadrutdan yeni FOTOLAR

Hadrutdan yeni FOTOLAR

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq

Ukrayna səfiri dəstəyə görə Azərbaycana minnətdarlıq etdi - FOTO

Ukrayna səfiri dəstəyə görə Azərbaycana minnətdarlıq etdi - FOTO

Paris etirazlardan sonra - VİDEO

Paris etirazlardan sonra - VİDEO

Albaniyanın Baş naziri Rusiya və İranı ittiham etdi - VİDEO

Albaniyanın Baş naziri Rusiya və İranı ittiham etdi - VİDEO

Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO

Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO

Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO

Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO

"İmişli" "Turan Tovuz"u məğlub etdi - VİDEO

"İmişli" "Turan Tovuz"u məğlub etdi - VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandı

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandı

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Yerə bənzər kosmik obyekt tapıldı - Bol suyu var

Yerə bənzər kosmik obyekt tapıldı - Bol suyu var

Britaniya səfirindən Azərbaycan dilində təbrik - FOTO

Britaniya səfirindən Azərbaycan dilində təbrik - FOTO

Azərbaycanda polis rəisinin müavini vəfat etdi

Azərbaycanda polis rəisinin müavini vəfat etdi

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdu - FOTO

Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdu - FOTO

End of content

No more pages to load

RADİO