Fransada qiymət bahalılığına qarşı keçirilən kütləvi etirazlar zamanı Limoj (Limoges) şəhərində nümayişçilər meriyanın 143 illik tarixi binasını ələ keçirərək od vurublar. Güclü yanğın nəticəsində binanın qülləsi və dam örtüyü çökmüş, inzibati şöbələrə ciddi ziyan dəymişdir.
Bizim.Media xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi yanğının qəsdən törədildiyini təsdiqləyib.
Oktyabrın 17-də baş verən iğtişaşlar zamanı etirazçılar meriya binasına daxil olaraq oranı yandırıblar. Alovun sürətlə yayılması nəticəsində binanın nikah zalı, vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tamamilə kül olub, saat qülləsi və dam örtüyü isə uçub.
143 illik tarixi memarlıq abidəsi sayılan binanın dağılması ilə yanaşı, bələdiyyənin qiymətli arxivləri və tarixi qeydiyyat kitabları məhv olub.
Ərazidə baş verən toqquşmalar və təhlükəsizlik riskləri səbəbindən yanğınsöndürənlərin müdaxiləsi çətinləşib. Hüquq-mühafizə orqanları binanın ətrafında geniş təhlükəsizlik zolağı yaradıb, qalan arxivlərin xilas edilməsi üçün işlər aparılır.
Bizim.Media