İstanbulda terror təşkilatı DEAŞ-a qarşı əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, əməliyyatda 7 əcnəbi şübhəli saxlanılıb.
Sözügedən əməliyyat Türkiyənin Baş Prokurorluğunun koordinasiyası ilə 10 müxtəlif ünvanda reallaşdırılıb.
Bundan əlavə, əməliyyatın keçirildiyi bəzi ünvanlarda 12 qeyri-qanuni mühacir tutulub.
Məhərrəm Əliyev, Bizim Media