ABŞ-ın Suriyanın cənubundakı Tenef bölgəsindəki hərbi bazasına hücum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Livandakı Hizbullah hərəkatı öz Teleqram hesabında açıqlama verib.
“İraqdakı İslami müqavimət cəbhəsi ABŞ-ın Suriyanın Tenef bölgəsindəki Hərbi Bazasına 2 PUA ilə hücum təşkil edib”, - deyə açıqlamada qeyd olunub.
Məhərrəm Əliyev, Bizim Media