"Hər kəs üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Bu, taleyin anıdır. Tarix hamımızı mühakimə edir".
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qəzzada İsrailin hücumları nəticəsində yaranan humanitar böhranla bağlı çağırışında deyib.
Quterreş həmçinin bildirib ki, Fələstindəki vəziyyət gələcək üçün daha pis nəticələrə işarə edir:
“Əsaslı dəyişiklik olmadan Qəzza xalqı görünməmiş humanitar əzab uçqunu ilə üzləşəcək. Beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir”.
Nuranə Daxilqızı, Bizim.Media