BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI - FOTO 

BMT-nin Cenevrədəki tarixi binasında
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib. Açılışda BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak edib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tədbir zamanı nazir Ceyhun Bayramov və Baş direktor Tatyana Valovaya çıxış edib, BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan otağının” olduqca faydalı töhfə olduğunu vurğulayıblar. 

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın təmiri 2022-ci ildə başlanıb. Ən yüksək texnologiyalar əsasında otaqda çoxsayda monitorlar, kameralar, audio-video avadanlıqlar və aksesuarlar quraşdırılıb və həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub.
Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir. 

Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otağın girişindən etibarən Azərbaycanın tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə elementləri ilə dizayn edilib.

Həmçinin Azərbaycanın memarlığını nümayiş etdirən fotolar xüsusi dizaynla təqdim edilib. Bundan əlavə, Qarabağ xalçası, şəbəkə eksponatı, muğam musiqi alətləri nümayiş etdirilir. 

Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub.
Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Bu baxımdan, belə mötəbər bir binada Azərbaycan otağının fəaliyyəti ölkənin təqdimatı baxımdan yüksək önəm kəsb edir. 

BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI - FOTO  - foto 1
BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI - FOTO  - foto 2
BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI - FOTO  - foto 3
BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI - FOTO  - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

End of content

No more pages to load

RADİO