Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar.

Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirib.

“ENQRAM” yaşanmış təcrübənin yaddaşda qorunub saxlanılmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək, rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir.
 

Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.


Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən “ENQRAM” fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.

Ekspozisiyada Aida Mahmudova, Altay Sadıqzadə, Əbdül Xalıq, Əşrəf Murad, Cavad Mircavadov, Fərhad Xəlilov, Gennadi Brijatyuk, Hüseyn Haqverdiyev, Kamal Əhməd, Mahmud Rüstəmov, Mahmud Tağıyev, Mikayıl Abdullayev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Qorxmaz Əfəndiyev, Rasim Babayev, Rəşad Babayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Tofiq Cavadov, Toğrul Nərimanbəyov və Ucal Haqverdiyevin rəngkarlıq ,qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.

Sərgi çərçivəsində AISEL-in “SUBLIMINALS Manifestasiya Təcrübəsi” adlı musiqi performansı təqdim olunub.

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 1
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 2
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 3
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 4
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 5
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 6
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 7
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 8
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 9
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 10
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 11
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 12
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 13
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO - foto 14


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

"Bəzi xanımlar məni qısqanırlar"

"Bəzi xanımlar məni qısqanırlar"

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

End of content

No more pages to load

RADİO