Dünya
Bu gün 01:00

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynaya qarşı yeni ballistik raket hücumlarına hazırlaşdığını bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski Ukrayna kəşfiyyatının Rusiyanın yeni ballistik zərbələr planlaşdırdığı barədə məlumat əldə etdiyini açıqlayıb.
“Hazırda kəşfiyyatdan Rusiyanın yeni ballistik zərbələrə hazırlaşdığı barədə məlumat var. Bütün bu Rusiya təhdidlərini məhv etmək üçün imkanlara ehtiyacımız var. Müvafiq qərarları gözləyirik”, – deyə Zelenski qeyd edib.
Bizim.Media