
Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 9-cu oyununda Vyetnamla qarşılaşıb.
Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olub. Millimiz görüşdən 2:4 hesabı ilə məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə və Yusif Əlizadə fərqləniblər.
Yığmamız bundan öncə Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 19-cu yer, ümumi reytinqdə isə 83-cü yer uğrunda mübarizə aparacaq. Komandamız son oyununu 30 oktyabr saat 11:30-da Hövsan Yarış Kompleksində Əfqanıstan yığmasına qarşı keçirəcək.
Bizim.Media