Dünya
Bu gün 01:00

Bosniya və Herseqovinada Avropa İttifaqının (Aİ) missiyasında iştirak edən İtaliyaya məxsus hərbi helikopter qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində azı 4 nəfər ölüb, daha 12 nəfər yaralanıb.
Qəzanın səbəbi hələlik məlum deyil.
Bizim.Media