İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO

İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.

Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.

Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.

Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış olub.

STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir.

Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.


İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 1
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 2
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 3
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 4
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 5
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 6
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 7
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 8
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 9
İlham Əliyev yeni məktəb binasının açılışında iştirak edib - FOTO/VİDEO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

End of content

No more pages to load

RADİO