"Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur" - Qərbi Azərbaycan İcması

"Biz Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı onun Qarabağ bölgəsində yaşayan erməniləri emiqrasiyaya məcbur etmək niyyətində olmaqda ittiham edən bugünkü bəyanatını kəskin şəkildə pisləyirik. Bu bəyanat nəinki əsassızdır, həm də beynəlxalq hüquq normalarına və Ermənistanın öz qoşunlarını Azərbaycandan çıxarmaq öhdəliyini götürdüyü 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, ərazi iddiasına dəstək kimi Azərbaycanda qanunsuz hərbi mövcudluğunu davam etdirmək məqsədinə xidmət edir".

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, baş nazir Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur:

"Belə ki, bütün azərbaycanlıları öz ərazisindən zorla çıxaran və onların geri qayıtmasına mane olan məhz Ermənistandır. Ermənistan hökuməti, o cümlədən baş nazir Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur. Ermənistan bu çağırışlarımıza cavab verməməklə və Azərbaycanın suverenliyinə qəsd edən fəaliyyətləri ilə insan hüquqlarına etinasızlıq nümayiş etdirir və Azərbaycan hökumətinin erməni millətindən olan vətəndaşlarının re-inteqrasiyası istiqamətində səylərini sabotaj etməyə çalışır".

"Biz baş nazir Paşinyanı bu zərərli səyləri dayandırmağa və azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməyə çağırırıq.

Bu prosesə yardım etmək, geri qayıdan azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyaların cəlb edilməsinə Ermənistanın razılıq verməsi vacibdir. Qərbi Azərbaycan İcması dialoq, dinc və yanaşı yaşama və insan hüquqlarına hörmət prinsiplərinə sadiq qalır. Biz baş nazir Paşinyanı eyni sədaqət nümayiş etdirməyə və azərbaycanlıların Ermənistandakı öz qanuni evlərinə qayıtmasını ehtiva edən ədalətli və inklüziv cəmiyyət quruculuğu yolunda işləməyə çağırırıq", - bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO