Bizim.Media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisi bu gecə ərzində dron hücumuna məruz qalıb, onların 11-i səmada məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir.
Qeyd edilib ki, söhbət İran istehsalı olan "Shahed" dronlarından gedir və hava hücumundan müdafiə (HHM) qüvvələrinin məsuliyyət zonasında olan 14 PUA-dan 11-i zərərsizləşdirib.
Bizim.Media