Aygün Kazımovanın həyatında rolu olan 10 KİŞİ – Kimdir onlar?

Bu gün Azərbaycan şou-biznesinin həm Ayı, həm Günəşi olan Xalq artisti Aygün Kazımovanın doğum günüdür. Bəlkə də yeganə şou əhlidir ki, Aygün xanımın ad gününü hamı bilir və bu günü fanatları maraqla gözləyirlər. Çünki, o sürpriz etməyi xoşlayır. Yəqin ki, bu ad günü də sürprizsiz keçməyəcək.

Aygün Kazımova bir də o sənətkarlardandır ki, hər zaman qarşı tərəfə səmimi olub. O hər zaman göründüyü kimi yox, olduğu kimi görünüb. Bəlkə də ona görədir ki, onun həyat hekayələrin çoxlarımız yaxından bilirik. 

Bizim.Media olaraq bu əziz gündə Aygün xanımın həyatında rolu olan 10 kişidən qısa söhbət açacağıq. Bu kişilərin heç də hamısı Aygün xanımın sevgilisi olmayıb. Onların çoxu Xalq artistinin tərəf müqabili, yaradıcılıq yoldaşı və ən nəhayət fanatı olub.

Bəs, o bəxtəvər kişilər kimlərdir?

1. Görkəmli bəstəkar Cavanşir Quliyev. Aygünü gənc yaşında kəşf edib bu xalqa təqdim edən məhz Cavanşir Quliyev olub. Təsadüfi deyil ki, Cavanşir müəllim deyir ki, “Aygün mənim ən gözəl əsərimdir”.

2. İlqar İbrahimov. Aygün xanımın rəsmi nigahda olduğu ilk və son kişi. Onların bu izdivacdan İlqarə adlı qızları dünyaya gəlib.

3. Rza Quliyev. Bu adam həm də Rəsil Quliyevin qardaşı oğlu kimi də tanınıb. 90-cı illərin sonlarında Aygün Kazımaova ilə Rzanın sevgisindən hər kəs danışırdı.

4. Namiq Qaraçuxurlu. Aygün xanım deyir ki, hamı bilir ki, Namiqlə böyük sevgimiz olub. Hamıdan üzr istəyirəm. Yeddi il bir yastığa baş qoymuşuq.

5. Filip Kirkorov. Rusiyanın Xalq artistinin bir vaxtlar Aygün Kazımova ilə çox isti münasibətləri olub. Onlar hətta duet oxuyublar.

6. Valentin Yudaşkin. Dünya şöhrətli modelyer bir zamanlar Aygün xanımın qarderobunu bəzəyən əsas sima olub. Uzun illər Xalq artistini Yudaşkin bəzəyib.

7. Fərhad Əliyev. Keçmiş Energetika naziri Natiq Əliyevin oğlu olan Fərhadla Aygünün çox yaxın münasibəti olub. Xalq artisti bu münasibətin Fərhadın ikinci evliliyinə qədər davam etdiyini söyləyib.

8. Snup Doq. Dünya şöhrətli repçi Snup Doqla olan layihəsindən ötrü Aygün xanım bıçaq altına girib. Müsahibələrinin birində Xalq artisti belə deyir: “Hər plastik əməliyyat mənim üçün böyük təhlükə, riskdir. Keçirdiyim plastik əməliyyatların sayını itirmişəm. Döşlərimi əvvəlcə böyütdüm, sonra da kiçiltdim. Burnumda da əməliyyat etdirmişəm. Vaxtilə həndbolla məşğul idim. Oyun zamanı dəfələrlə burnumu topun zərbəsi ilə zədələmişdim. Bundan başqa, liposaksiya əməliyyatı da keçirmişəm”. 

9. Rasim Məmmədov. Hazırda həbsdə olan iş adamı ən son dəfə Xalq artistinə Bakının mərkəzində bahalı mənzil bağışlaması ilə gündəmə gəlmişdi.

10. Rəsul Əfəndiyev. Xalq artisti Aygün Kazımovanın ən son duet ortağı olan müğənni Rəsul Əfəndiyev bu işbirliyi hesabına çox qısa zamanda populyarlıq qazandı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya ordusunun Kiyevdə məhv etdiyi kitab bazarından son görüntülər -FOTO/VİDEO

Rusiya ordusunun Kiyevdə məhv etdiyi kitab bazarından son görüntülər -FOTO/VİDEO

Macarıstanda Polşa avtobusu qəzaya uğradı: 12 ölü, 10 yarlı var - FOTO

Macarıstanda Polşa avtobusu qəzaya uğradı: 12 ölü, 10 yarlı var - FOTO

Marsda günəş batarkən səma niyə mavi görünür?

Marsda günəş batarkən səma niyə mavi görünür?

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib - FOTO

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib - FOTO

Ərdoğan: Türkiyənin Avropa İttifaqına üzvlüyü Ankara üçün prioritet deyil

Ərdoğan: Türkiyənin Avropa İttifaqına üzvlüyü Ankara üçün prioritet deyil

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Müdafiə Nazirliyi istefada olan general-mayorun vəfatı ilə bağlı başsağlığı verdi

Müdafiə Nazirliyi istefada olan general-mayorun vəfatı ilə bağlı başsağlığı verdi

BTS qrupunun üzvü V: “Bir qulağım 30 faiz eşidir”

BTS qrupunun üzvü V: “Bir qulağım 30 faiz eşidir”

Rusiyalı iqtisadçı: Ukrayna ilə müharibədə Kreml məğlub olacaq

Rusiyalı iqtisadçı: Ukrayna ilə müharibədə Kreml məğlub olacaq

Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub

Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub

Tokionun şərqində bir sıra ərazilər su altında qaldı - 5 ölü var - VİDEO

Tokionun şərqində bir sıra ərazilər su altında qaldı - 5 ölü var - VİDEO

Halley kometası bu tarixdə Günəşə yenidən yaxınlaşacaq

Halley kometası bu tarixdə Günəşə yenidən yaxınlaşacaq

Arina Sabalenko Time jurnalı üçün çəkilişdən cazibədar görüntülər paylaşdı - FOTO

Arina Sabalenko Time jurnalı üçün çəkilişdən cazibədar görüntülər paylaşdı - FOTO

Krımda Rusiyanın “Bastion” kompleksinə zərbə endirildi - VİDEO

Krımda Rusiyanın “Bastion” kompleksinə zərbə endirildi - VİDEO

Bazar günü söhbətləri - Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri - Əliməmməd Nuriyev yazır

6 kilometr dərinlikdə 10 gün işləyə bilən sualtı dron hazırlandı

6 kilometr dərinlikdə 10 gün işləyə bilən sualtı dron hazırlandı

Stolüstü tennisçilərimiz Türkiyədə 4 medal qazandı - FOTO

Stolüstü tennisçilərimiz Türkiyədə 4 medal qazandı - FOTO

Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Rusiya ordusu iyulda 42 mindən çox hərbçi itirib

Rusiya ordusu iyulda 42 mindən çox hərbçi itirib

Bakıda daş karxanasında ÖLÜM

Bakıda daş karxanasında ÖLÜM

General-mayor Abbasəli Novruzov vəfat etdi

General-mayor Abbasəli Novruzov vəfat etdi

Ukrayna ilk dəfə Rusiyaya Britaniya dronlarından istifadə edib - FOTO

Ukrayna ilk dəfə Rusiyaya Britaniya dronlarından istifadə edib - FOTO

Ukraynanın ETİRAFI: Rusiyanın heç bir ballistik raketini vura bilmədik

Ukraynanın ETİRAFI: Rusiyanın heç bir ballistik raketini vura bilmədik

Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO

Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO

End of content

No more pages to load

RADİO