Macarıstanın M3 avtomagistralında Polşa qeydiyyatlı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər ağır yaralanıb.
Bizim.Media xəbər verir ki, avtobus Mezőkeresztes şəhəri yaxınlığında yoldan çıxaraq xəndəyə düşüb və aşıb.
Hadisə zamanı avtobusda 57 sərnişin və iki sürücünün olduğu bildirilir. İlkin məlumata görə, qəzanın səbəbi sürücünün sükan arxasında yuxulaması ola bilər. Sürücü saxlanılıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Bizim.Media