Ukrayna Hərbi Hava Qüvvələri avqustun 16-na keçən gecə Rusiyanın ballistik raketlərinin heç birinin məhv edilmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, saat 18:00-dan etibarən Rusiya Kiyev, Kremençuk və Krivoy Roq istiqamətlərinə “Oniks” gəmiəleyhinə raketləri, həmçinin “İsgəndər-M”, S-400 və KN-23 ballistik raketləri ilə zərbələr endirib.
Ukrayna tərəfinin məlumatına görə, hava hücumunun dəf edilməsinə aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistemlər, eləcə də mobil atəş qrupları cəlb olunub.
Saat 08:00-a olan məlumata əsasən, Ukrayna HHM qüvvələri 3 X-59/69 idarəolunan aviasiya raketini və 85 PUA-nı məhv edib. Ballistik raketlərdən heç biri vurulmayıb.
Bizim.Media