Rusiyanın VEB dövlət bankının baş iqtisadçısı Andrey Klepaç Moskvanın Qərbin Ukraynaya dəstəyi davam etdiyi müddətdə tükəndirmə müharibəsində qalib gələ bilməyəcəyini deyib.
Bizim.Media xəbər verir ki, o, Rusiyanın müharibə səbəbindən artan iqtisadi xərclərlə üzləşdiyini bildirib.
Klepaçın sözlərinə görə, Rusiya texnoloji və iqtisadi rəqabətdə ABŞ və Çindən geri qalır, hətta bəzi sahələrdə Ukraynaya uduzur. O, Ukrayna iqtisadiyyatının ciddi dağıntılara və demoqrafik problemlərə baxmayaraq çökmədiyini vurğulayıb.
İqtisadçı həmçinin Rusiyanın hərbi bumdan sonra tənəzzül mərhələsinə keçdiyini, mülki sənaye sahələrinin resessiya yaşadığını və bunun gələcəkdə ölkədə sosial böhrana səbəb ola biləcəyini qeyd edib.
Bizim.Media